Məhkəmə

“Meclis.info” işi üzrə ibtidai istintaq yekunlaşıb

13 Mart, 2025
157

sosial media

“Meclis.info” işi üzrə ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. 

“Meclis.info” platformasının rəhbəri İmran Əliyevin yaxınları  bu barədə Meydan TV-yə açıqlama verib.  

Qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü il aprelin saxlanılıb.  

O, saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

Axırıncı dəfə bu ilin fevral ayında onun həbs müddəti daha 3 ay uzadıb.

“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

İmran Əliyev özünü təqsirli saymır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...
Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən hədələndiyini deyir 

16 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fazil Qasımovun işi üzrə növbəti baxış iclası keçirilib.  Hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda F.Qasımov çıxış etməzdən öncə vəkili ilə ünsiyyət üçün vaxt istəyib, amma hakim bunu təmin etməyib.  Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ötən ilin yanvarın 24-də məhkəmə iclasında Penitensiar Xidmətin əməkdaşları tərəfindən hücuma məruz qaldığını xatırladıb.  İqtisadçı bildirib ki, hazırda da ona Penitensiar Xidmət əməkdaşları tərəfindən hədə-qorxu gəlinir. O deyib ki, cəzaçəkmə müəssisəsinə qayıtdıqdan sonra ona qarşı hücumlar ediləcəyi barədə hədələnib.  Daha sonra F.Qasımov indiyə qədər verdiyi vəsatətlərin heç birinin məhkəmə tərəfindən təmin edilmədiyini, eləcə də...

Seçilmiş Videolar

Toplum TV loqo