Məhkəmə

Ramin Dekonun həbs müddəti 3 ay uzadılıb

14 Mart, 2025
14

VOA

“Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Ramin Dekonun (Cəbrayılzadə) həbs müddəti 3 ay uzadılıb. 

Qərarı Xətai rayon Məhkəməsi verib.

Ramin Deko ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib. 

Onunla yanaşı bu iş üzrə Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Aytac Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq, Nurlan Libre, Fatimə Mövlamlı, Şəmşad Ağa və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da saxlanılıb. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Bəşir Süleymanlı həbs olundu

14 Mart 2025

Bəşir Süleymanlı/şəxsi arxiv

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs olunub. Hüquq müdafiəçisi Samir Kazımlının məlumatına görə, Binəqədi rayon məhkəməsində onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib. İlkin məlumata görə B.Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bəşir Süleymanlı martın 14-də saxlanılıb. Onun yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə həbs olunduğu ehtimal edilir. 2014-cü il mayında 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu....
Məhkəmə

“Meydan" TV işi üzrə saxlanılanların həbs müddəti uzadılıb

14 Mart 2025

Meydan TV

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və Fatimə Mövlamlı barəsində olan həbs qətimkan tədbiri 3 ay uzadılıb. Qərarları martın 14-də Xətai Rayon Məhkəməsi verib.  Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.  Aynur Elgünəşin, Aytac Tapdığın və Natiq Cavadlının məhkəmə prosesləri ayrı-ayrılıqda onlayn formatda, Xəyalə Ağayevanın iclası isə məhkəmə binasında keçirilib. Ötən il dekabrın 6-da Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş,  jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb.  Bu il  fevralın...

Seçilmiş Videolar

Toplum TV loqo