açıq mənbədən götürülüb
Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və dərhal azad edilməsi ilə bağlı qətnamə qəbul edib.
Qətnamə martın 14-də səsverməyə çıxarılıb.
523 lehinə, 3 əleyhinə və 84 bitərəf olmaqla qəbul edilən qətnaməyə görə, Azərbaycan həbs edilmiş Ermənistan vətəndaşlarını dərhal azad etməlidir.
Qətnamədə o da vurğulanır ki, Azərbaycanda 23 erməni girov (əsl mətndən tərif – red.), o cümlədən qondarma “Dağlıq Qarabağ”ın keçmiş “rəsmiləri”, həmçinin 2020-ci il müharibəsi və ondan sonrakı dövrdə əsir götürülən şəxslər də var.
Avropa Parlamenti bu insanların mərhələli məhkəmələrə məruz qaldığını və ömürlük həbs də daxil olmaqla ağır cəzalarla üzləşdiyini bildirir:
“Məhkəmə icraatı zamanı onlar qeyri-insani rəftara, qadağan olunmuş psixoaktiv maddələrdən istifadəyə məruz qalırlar. Onların müstəqil vəkil, tərcüməçi seçmək, apelyasiya şikayəti vermək, qohumları ilə görüşmək, səhhətlərinə görə məhkəmə iclaslarının təxirə salınması kimi hüquqları davamlı olaraq pozulur”.
Qurum Azərbaycan hakimiyyətini erməni məhbusların hüquqlarına, o cümlədən tibbi xidmətdən istifadə imkanlarına riayət olunmasını təmin etməyə və onların saxlanma şəraitinin müstəqil araşdırılmasına icazə verməyə çağırır, Meydan TV yazır.
Avropa Parlamenti bu işi aparan prokuror və hakimlər Camal Ramazanov, Anar Rzayev və Zeynal Ağayevə qarşı beynəlxalq sanksiyaların tətbiqinə çağırır.
Sənəddə Beynəlxalq Qızıl Xaç Komitəsinin və BMT agentliklərinin Azərbaycandakı ofislərinin bağlanmasına da ciddi narahatlıq ifadə edilir.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, erməni məhbuslar qanun qarşısında cavab verirlər:
“Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası aparır. Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.
Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin məhkəməsi davam etdirilir.
Onlara qarşı təcavüzkar müharibə aparma, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini deportasiyaetmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə və başqa çoxsaylı ittihamlar irəli sürülüb.
Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyansa tək mühakimə olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır”
Reuters
Toplum TV
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır