Dünya

Zaporojyedə matəm elan olunub

11 Dekabr, 2024
9

pravda.com

Rusiya qoşunlarının Zaporojyeyə dünənki raket zərbələri nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb (https://t.me/radiosvoboda/73180). 

Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. Ofislərə, kafe və mağazalara ziyan dəydiyini qeyd edən Fyodorov 22 nəfərin yaralandığını, xilasetmə əməliyyatının davam etdiyini bildirib: 

“Hələ də dağıntılar altında qalanlar var. İlkin məlumatlara görə, 20 yaşayış binasına və üç qeyri-yaşayış binasına ziyan dəyib. Düşmənin hücumunun nəticələrini aradan qaldırmağa 160-dan çox insan və əlli texnika cəlb edilib”.

Bu gün Zaporojyedə matəm elan olunub.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Abxaziya işıqsız qaldı

11 Dekabr 2024

açıq mənbədən götürülüb

“İnquri” SES-in fəaliyyəti dayandırılıb, bütün Abxaziya işıqsız qalıb. “Meduza” nəşri bunu Rusiyanın dövlət agentliyi TASS-a istinadən yazıb (https://t.me/meduzalive/118376). Agentlik “Çernomorenerqo” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Cavar su anbarında suyun səviyyəsi kritik dərəcədə aşağı olduğu üçün stansiya fəaliyyətini dayandırıb. Şirkət dekabrın 8-də bildirmişdi ki, Abxaziyada elektrik enerjisi hər dəfəsində 2,5 saat olmaqla sutka ərzində iki dəfə (gecə və gündüz) veriləcək (https://t.me/chernomorenergo/160). Noyabrın 1-dən respublikada elektrik enerjisi məhdudiyyətlərlə verilirdi.
Dünya

Makron “Gürcü Arzusu”nun liderilə danışıb (YENILƏNİB)

11 Dekabr 2024

Georgia Today

Fransanın Prezident Administrasiyası Makronla İvanişvili arasındakı telefon danışığının öz versiyasını paylaşıb (https://t.me/NGnewsgeorgia/21077). Açıqlamada bildirilir ki: - Fransa Prezidenti vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələrinin hədələnməsini, eləcə də dinc nümayişçilərə və jurnalistlərə qarşı polis zorakılığını pisləyib; -  sərbəst toplaşmaq azadlığına hörmət etməyə və avropapərəst mitinqlərdə saxlanılan vətəndaşları azad etməyə çağırıb; -  Gürcüstan hakimiyyətinin Avropa trayektoriyasından kənara çıxdığını deyib və bundan təəssüfləndiyini bildirib; -  gürcü xalqının Avropa və demokratiya istəyiini alqışlayıb; -  hakimiyyəti bütün siyasi qruplarla və vətəndaş cəmiyyəti nümayəndələrilə dialoqa çağırıb. Administrasiya telefon danışığına Makronun təşəbbüs göstərdiyini təsdiqləyib. **** “Gürcü Arzusu” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili Fransa Prezidenti Emmanuel Makronla danışıb...

Seçilmiş Videolar

Toplum TV loqo