Gürcüstan müxalifəti prezidentlə birlikdə iqamətgahda qalmağa hazır olduğunu bildirir
France24.com
Gürcüstan müxalifəti dekabrın 29-dan sonra Zurabişviliyə prezident iqamətgahını tərk etməməyi təklif edir (https://t.me/NGnewsgeorgia/21706).
Müxalifətin bir hissəsi Gürcüstan prezidentinin iqamətgahına gedib Salome Zurabişvili ilə birlikdə orada qalmağa hazırdır. “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Anna Dolidze prezidentin ölkə müxalifətilə görüşündən sonra jurnalistlərə belə deyib.
“Mən müstəqillik uğrunda mübarizədə Gürcüstan prezidentinə tam dəstəyimi təklif etdim. Biz dekabrın 29-dan sonra sarayda (prezident iqamətgahı – red.) qalmağa və oranı Gürcüstanın qanuni prezidentinin olduğu yeganə yer elan etməyə hazırıq. Bu bizim təkliflərimizdən biridir. Ədalətli, qanuni və qeyri-zorakı dəstək formalarından biri”, deyə Dolidze əlavə edib.
“Dəyişikliklər üçün koalisiya”nın lideri Nika Qvaramia bu təklifi dəstəklədiklərini bildirib.
Salome Zurabişvili hələ ki bu təklifə münasibətini açıqlamayıb.
“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze daha əvvəl demişdi ki, Zurabişvili yeni prezidentin inauqurasiya gününə qədər iqamətgahı boşaltmasa, cinayət məsuliyyətinə cəlb ediləcək.
Oktyabrın 26-da Gürcüstanda parlamentə seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu Partiyasının 53,9% səslə qalib gəldiyini elan edib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçib. Onların hamısı seçkinin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib. Seçki nəticələrinin saxtalaşdırıldığını bildirən müxalif qüvvələr yeni seçkilər keçirilməsi tələbilə etiraz aksiyalarına başlayıblar. Hazırda parlamentin iclaslarında yalnız hakim partiyanın nümayəndələri iştirak edir.
Seçkilərdən bir ay sonra - noyabrın 28-də Gürcüstanın Baş naziri, “Gürcü Arzusu”nun üzvü İrakli Kobaxidze Avropa İttifaqıyla danışıqların dayandırıldığını və 2028-ci ilə qədər qurumun qrantlarından imtina ediləcəyini açıqlayıb. Ölkənin Avropa İttifaqına və NATO-ya inteqrasiyası Gürcüstan Konstitusiyasında təsbit edilib. Müxalifət hesab edir ki, hakim partiya Gürcüstanın qərbyönlü inkişaf kursunu dəyişməyə və ölkəni Rusiyanın təsir orbitinə qaytarmağa çalışır.
Ölkədə Baş nazirin açıqlamasından dərhal sonra başlamış kütləvi aksiyalar davam edir.
Dekabrın 14-də Gürcüstanda prezident seçkisi keçirilib. Bu dəfə prezidenti xalq yox, Seçicilər Kollegiyası seçib. “Gürcü arzusu” bu vəzifəyə keçmiş futbolçu, 1995-ci ildə Rusiyanın ən yaxşı futbolçularından biri seçilmiş, ali təhsili olmayan Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da keçirilməlidir. Səlahiyyət müddəti başa çatmış indiki prezident Salome Zurabişvili parlamentin qeyri-legitim olduğunu, postunu tərk etməyəcəyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
APnews.com
gazeta.uz
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Azər Qasımlı haqda 4 aylıq həbs qərarı verildi (Yenilənir)