Meydan TV
Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə prosesi davam edib. İclasa hakim Mahirə Kərimova sədrlik edir.
Abbasova qarşı irəli sürülmüş ittihama görə, o, mənzil alqı-satqısı zamanı Əsgər Həziyevin ona verdiyi 217 min manatı mənimsəyib. Əvvəlki iclasda dövlət ittihamçısı Rail Abbasova 8 il həbs cəzası istəyib. Bu gün vəkil Elçin Sadıqov müdafiə çıxışı edib. O bildirib ki, məhkəmə başlanan gündən müvəkkilinin müdafiə hüquqları pozulub: “Rail Abbasov siyasi məhbus Bəxtiyar Hacıyevin yaxın dostu olduğuna, onun müdafiəsində yaxından iştirak etdiyinə görə həbsdədir. Biz bunu üzə çıxarmaq üçün vəsatət verdik ki, məhkəmə sorğu göndərərək Rail Abbasov və zərərçəkən kimi tanınmış şəxs arasındakı telefon danışıqları barədə məlumatları tələb etsin. Ancaq vəsatət təmin olunmadı. Bizim araşdırmamıza görə, zərərçəkənin Rail Abbasova ikinci zəngi “Bandotdel” ərazisindən olub. Bu da deməyə əsas verir ki, həmin şəxs polisin adamıdır. Bəlkə də polisdə hər hansı cinayət işi olub, polis də müəyyən şərtlərlə həmin adamdan Rail Abbasova qarşı istifadə edib. İttihamlar uydurmadır. Dediyim kimi, Rail Abbasov Bəxtiyar Hacıyevə görə həbsdədir”.
Vəkil məhkəmədən müvəkkili barədə bəraət hökmü çıxarılmasını xahiş edib. Rail Abbasov baxılmamış vəsatətləri qaldığını, hakimsə məhkəmə istintaqının bitdiyini deyib. Abbasov “son söz” çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Növbəti məhkəmə iclası yanvarın 9-na təyin edilib.
Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir, Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb