Dünya

Tramp: “Hər kəs Tehrandan təxliyə olunmalıdır” 

17 İyun, 2025
54

Foto: France Press

ABŞ Prezidenti Donald Tramp Tehran sakinlərini şəhəri evakuasiya etməyə çağırıb. 

O, bunu iyunun 16-da “Truth Social” sosial şəbəkəsində yazıb. 

“İran mən dediyim “razılaşmanı” imzalamalı idi. Bu, bir utanc və insan həyatının israfıdır. Sadə dillə desək: İRAN NÜVƏ SİLAHINA SAHİB OLA BİLMƏZ. Bunu dəfələrlə demişəm! Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır!”, - o bildirib. 

Tramp iyunun 16-da “Böyük Yeddilik ölkələri”nin zirvə toplantısında iştirak üçün Kanadaya gedib. O, ölkə liderləri ilə görüşlərdən və şam yeməyindən sonra sammiti tərk edərək Vaşinqtona qayıdıb. 

Əvvəlcə onun İran və İsrail arasında atəşkəs üzərində işləmək üçün qayıtdığı deyilsə də, özü bunu inkar edib. 

“Böyük Yeddilik ölkələri” liderlərinin imzaladığı bəyanatda İran “regionda sabitsizlik və terrorun əsas mənbəyi” adlandırılıb və liderlərin “Yaxın Şərqdə, o cümlədən Qəzzada, genişmiqyaslı gərginliyin azaldılmasına” ümid etdikləri bildirilib.

İyunun 13-də İsrailin İran şəhərlərini atəşə tutması və İran hərbi liderlərini öldürməsi ilə başlayan qarşıdurma iyunun 17-ə keçən gecə də tərəflərin bir-birini raket atəşinə tutması ilə davam edib. Təbriz, Təl-Əviv və Qüds şəhərlərində partlayışlar müşahidə olunub. 

Təxminən 10 milyon əhalisi olan Tehrandan son bir neçə gündür əhalinin təxliyə etdiyi bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Ümit Özdağ azadlığa buraxılıb

17 İyun 2025

Foto: Anadolu Ajansı

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ iyunun 17-də  azadlığa buraxılıb. Məhkəmə “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə mühakimə olunan Özdaqğın ikinci iclasında onun barəsində azadlığa buraxılma qərarı verib. Məhkəmə, üzərinə atılan ittihamın sübuta yetirildiyini əsas gətirərək Özdağı 2 il 4 ay 3 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Onun 148 gün həbsdə qalması nəzərə alınaraq əlavə məhdudiyyət tətbiq edilmədən azadlığa buraxılması qərara alınıb. Silivridə keçirilən məhkəmədə ifadə verən Özdağ, sosial media paylaşımlarında zorakılıq çağırışının olmadığını bildirib. Prokurorluq isə Özdağın 7 il 10 aya qədər azadlıqdan məhrum edilməsini tələb edib və həbsinin davam etməsini istəmişdi. Ümit Özdağ...
Dünya

İsrail İranın dövlət televiziyasının binasını vurub

16 İyun 2025

Foto: DHA

İyunun 16-da İsrail İranın dövlət televiziyasının binasını raketlə vurub.  Bu barədə məlumat və videogörüntülər sosial şəbəkələrdə yayılıb. Hücum efirdə canlı yayım zamanı baş verib. Hücum zamanı xəbərlər proqramı canlı yayımda efirdə olub. İsrail iyunun 13-ə keçən gecə İranın nüvə istehsalı müəssisələrinə zərbələr vurub və hərbi rəhbərliyindəki şəxsləri öldürüb. Cavab olaraq İran da Təl-Əviv və başqa şəhərləri raket atəşinə tutub. 

Seçilmiş Videolar

Toplum TV loqo