Dünya

Rusiya Ukraynaya daha 1245 cəsəd təhvil verib

16 İyun, 2025
209

Foto: AFP

İyunun 16-da hərbi qulluqçular da daxil olmaqla, daha 1245 həlak olanın cəsədi Ukraynaya qaytarılıb.

Bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Qərargahın məlumatına əsasən, bu təhvilvermə ilə birlikdə Ukrayna İstanbul razılaşmaları çərçivəsində ümumilikdə 6057 cəsəd alıb. 

Repatriasiya olunan cəsədlərlə bağlı ekspertiza və identifikasiya işlərini Ukrayna istintaq orqanları mütəxəssislərlə birgə həyata keçirəcək.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Rusiya tərəfi 78 rusiyalı hərbçinin cəsədini geri alıb. 

Nazirlik həmçinin qeyd edib ki, əsirlərin mübadiləsi prosesi davam edir, cəbhə xəttindən ağır yaralıların təcili tibbi evakuasiyası həyata keçirilir.

İyunun 2-də İstanbulda keçirilmiş birbaşa danışıqların ikinci raundunda Ukrayna və Rusiya bütün ağır xəstə hərbi əsirlərin, “6000-ə 6000” formatında həlak olmuş hərbçilərin cəsədlərinin və 18-25 yaş arası şəxslərin mübadiləsi barədə razılığa gəliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo