Ölkə

Azərbaycan İranla quru sərhədini təxliyə üçün açıb 

16 İyun, 2025
71

Foto: açıq mənbə

Azərbaycan İranla quru sərhədini təxliyə məqsədilə açıb. 

İyunun 16-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, İrandakı Azərbaycan səfirliyinin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub. 

Əlavə olaraq, hökumətyönlü media xəbər verir ki, Azərbaycan üçüncü ölkələrin xahişi ilə həmin ölkələrin vətəndaşlarının İran sərhədilə təxliyə olunmasını təmin edib. 

İyunun 15-də Rusiya Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin İrandan Azərbaycana təxliyəsi başa çatıb. Həmin gün həm də İran neft sektorunda çalışan rusiyalı işçilər və onların ailə üzvlərindən ibarət qrup Astara sərhəd məntəqəsindən keçərək təxliyə olunub. 

Eyni zamanda, iyunun 16-a keçən gecə Portuqaliya, Filippin və Finlandiya vətəndaşları quru sərhədindən keçərək təxliyə olunub. 

Təxliyə olunanların avtobuslarla Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola salındığı bildirilir. 

Hökumətyönlü mətbuat bildirir ki, təxliyə olunanlar üçün Azərbaycan tərəfi sərhəd buraxılış məntəqəsində çay və şirniyyat təklif olunub və hər ehtimala qarşı tibbi heyət səfərbər olunub. 

Bütün qonşularla quru sərhədlərini 2020-ci ilin martından bağlı saxlayan Azərbaycanın İran sərhədini müvəqqəti də olsa açması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Xeyli sosial şəbəkə istifadəçisi sərhədlərin hansı əsaslarla hələ də bağlı saxlanılmasını sual edib. 

Azərbaycan quru sərhədləri 2020-ci ildə koronavirus pandemiyası səbəbilə bağlasa da, Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ildə bu pandemiyanın başa çatdığını elan edib. 

Azərbaycanda isə hələ də 3 aydan bir quru sərhədlərin bağlı saxlanılması ilə bağlı Nazirlər Kabinetinin qərarı uzadılır. Qərarda sərhədlərin epidemioloji vəziyyətə görə bağlı qaldığı deyilir. 

Hazırki qərar iyulun 1-ə qədər qüvvədədir. 

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin aprelində çıxışında sərhədlərin təkcə koronavirusa görə deyil, həm də milli təhlükəsizlik səbəbilə bağlı saxlanıldığını deyib. 

İyunun 13-də İran və İsrail arasında hərbi qarşıdurmanın başlaması ilə Azərbaycanda hökumətyönlü fiqurlar sərhədlərin təhlükəsizliyə görə bağlı saxlanması və bunun doğru qərar olduğu fikrini yaymağa başlayıb. 
 
Millət vəkili Elman Məmmədov “Pravda.az” saytına bildirib ki, hazırda sərhədlərin bağlı qalması təhlükəsizlik üçün çox vacibdir. 

“Bu vaciblik artıq təsdiqini tapmaqdadır. Həm İsrail, həm də İran tərəfi qarşılıqlı olaraq uzaqmənzilli silahlardan, təyyarələrdən, raketlərdən, pilotsuz uçuş aparatlarından, dronlardan istifadə edirlər. Nə olacağını bilmək olmaz. Hansı təhlükə gözlənilə, İranın nüvə obyektlərinə olan zərbələrdən hansı təhlükələr gələ bilər? Yaxud təhlükə hiss edib, sərhədlərimizi pozmaq fikrində olanlar nələr edə bilərlər?”, - o deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Dam örtüyü uçmuşdu, indi də beton çökdü – məhbus ölümündən sonra ikinci qəza

16 İyun 2025

Foto: Açıq mənbə

12 saylı Cəzaçəkmə Müəssisəsinin binasında son 15 gündə ikinci dəfə qəza baş verdiyi, Penitensiar Xidmət rəhbərliyinin isə məsələyə etinasız yanaşdığı və məhbusları “ölüm təhlükəsi ilə baş-başa buraxdığı” bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı (MBH) bəyanat yayıb.  Bəyanatda bildirilir ki, iyunun 13-ə təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verib. “Böyük beton parçanın çöküntüsü digər binada da titrəyişə səbəb olub. Ətrafda qorxu və həyəcan yaşanıb. Bir neçə gün öncə ölüm faktını yaşayan məhbusların binadan çıxmağa cəhd göstərmələri və bağlı qapılar arxasında binada qalma təhlükələri bir neçə məhbusun sıxlıq...
Ölkə

Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb

12 İyun 2025

Foto: Sosial media

Mayın 13-də Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.  Eyni gündə Gəncə şəhər prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinə başlanılıb. Yeniyetmənin ölümü sosial şəbəkələrdə və digər informasiya resurslarında müzakirələrə səbəb olub. E.İbrahimovun ölümü ilə bağlı ən sonuncu rəsmi məlumat Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 29-da birgə yaydığı açıqlamadır.  Məlumatın girişində istintaqın davam etdirildiyi elan edilsə də, sonrakı hisəssində artıq bitdiyi barədə təəssürat yaranır.  Yəni, rəsmi açıqlamada istintaqın...

Seçilmiş Videolar

Toplum TV loqo