Foto: Açıq mənbə
12 saylı Cəzaçəkmə Müəssisəsinin binasında son 15 gündə ikinci dəfə qəza baş verdiyi, Penitensiar Xidmət rəhbərliyinin isə məsələyə etinasız yanaşdığı və məhbusları “ölüm təhlükəsi ilə baş-başa buraxdığı” bildirilir.
Bu barədə Müsəlman Birliyi Hərəkatı (MBH) bəyanat yayıb.
Bəyanatda bildirilir ki, iyunun 13-ə təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verib.
“Böyük beton parçanın çöküntüsü digər binada da titrəyişə səbəb olub. Ətrafda qorxu və həyəcan yaşanıb. Bir neçə gün öncə ölüm faktını yaşayan məhbusların binadan çıxmağa cəhd göstərmələri və bağlı qapılar arxasında binada qalma təhlükələri bir neçə məhbusun sıxlıq səbəbindən əzilmələrinə gətirib çıxarıb.
Həyəcanlanan məhbuslar binanın başlarına çökəcəyi qorxusu altında bütün güclərini toplayaraq qapını qırmağa çalışıblar. Yaranan gərginlik müəssisə işçilərinin müdaxiləsi, qapıları açaraq məhbusları həyətə buraxmaları ilə yüngülləşib. Səhərə qədər məhbuslar həbsxananın həyətində qalaraq vəziyyəti diri gözlə müşahidə ediblər”, - bəyanatda deyilir.
Ardınca iyunun 14-də Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovun rəhbərliyi altında işçi qrupunun müəssisəyə baxış üçün gəldiyi bildirilir. Deyilənə görə, Qafarov qəzalı binaya baxışdan sonra məhbusların bir qisminin yeməkxanada, digər qisminin isə daha öncə Fövqəladə Hallar Nazirliyinin tövsiyəsi ilə qapadılan qəzalı klub binasında saxlanılmasına qərar verib.
“Onun bu fikirlərinə etiraz edən məhbuslara isə sərt cavab verən polkovnik hal-hazırda başqa bir addım ata bilməyəcəyini söyləyərək məhbusları ölümlə baş-başa buraxaraq oranı tərk edib. Fikrət Qafarovun bu qərarı özü, yoxsa Pentensiar Xidmətin rəhbəri Mirsaleh Seyidovun verdiyi dəqiqləşməsə də, dəqiq olan budur ki, bu addım yüzlərlə məhbusun ölüm təhlükəsi ilə qəzalı binada həyatın ümidinə buraxılmasından başqa bir şey deyil”, - MBH qeyd edib.
İyunun 1-də 12 saylı Cəzaçəkmə Müəssisəsində binalardan birinin dam örtüyü uçub və nəticədə məhbuslardan biri yaralanıb.
O, növbəti gün xəstəxanada vəfat edib.
MBH-in sədri Taleh Bağırzadə və başqa üzvləri də sözügedən cəzaçəkmə müəssisəsində saxlanılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Aynur Elgünəş: "Bu ölkədə hüquq-mühafizə orqanlarının ədalətli rəftarına xalqın heç 1 faizi də inanmır"
Foto: VOA
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”