Foto: Getty Images
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə sülhə gəlmək üçün verdiyi 50 günlük müddəti azaltdığını deyib.
O, bunu iyulun 28-də Böyük Britaniya baş naziri Kir Starmerlə görüşdən öncə jurnalistlərə bildirib.
“Mən Putindən məyusam. Ona verdiyim 50 günlük müddəti azaldacam, çünki məncə indidən bilirəm ki, sonda nə olacaq”, - Tramp qeyd edib.
O, yeni müddətin 10-12 gün olacağını deyib.
Tramp iyulun 14-də Putinə Ukrayna ilə sülhə razılaşmaq üçün 50 gün vaxt vermişdi. Əks halda, o, Rusiya və Rusiya neftinin alıcılarına sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
İyulun 27-də ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Trampın Putinin laqeydliyinə “səbri tükənmək üzrədir”.
O, ABŞ və Rusiya prezidentləri arasında “heç bir bəhrəsi olmayan” telefon danışıqlarına istinad edərək Rusiyanın sadəcə olaraq “vaxt öldürdüyünü” deyib. "Tramp bu tələyə düşməyəcək. O, danışıqlar aparmaqdan ötrü sonsuz danışıqlar aparmayacaq", - Rubio bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Getty Images/Andrew Harnik
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib
Fərid İsmayılov hakimə: “Cinayət işi materiallarını oxusaydınız, kağızları müstəntiqlərin başına çırpardınız”