Məhkəmə

Xaricdə yaşayan blogerə qiyabi hökm oxunub

28 İyul, 2025
245

Foto: sosial media

Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə Əlimanova qiyabi hökm oxunub.

Hökmə əsasən, Əlimanov haqqında 7 il azadlıqdan məhrumetmə cəzası verilib.

Azərbaycan hakimiyyətinin tənqidçisi olan İmaməddin Əlimanov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. 

Cinayət işində iddia olunur ki,  o, müxtəlif vaxtlarda “Youtube”da “Xalq tv” adlı kanal açaraq həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında çıxışlarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib. 

Baş Prokurorluq mart-aprel aylarında hakimiyyət tənqidçisi olan bir sıra blogerlər haqqında cinayət işi açıb və onları istintaqa çağırıb. 

Ölkə xaricində yaşayan və istintaqa gəlməyən blogerlər haqqında iyunda məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Məhkəmə Bəhruz Səmədovun psixoloji ekspertiza ilə bağlı vəsatətini rədd edib

22 Yanvar 2026

Foto: sosial media

Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun şikayəti üzrə proses keçirilib.  Yaxınlarının yaydığı məlumata görə, şikayət fəalın saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi qərarı ilə bağlı olub.  Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə B.Səmədov təcridxanada iki dəfə intihara cəhd etdiyini xatırladaraq psixoloji sağlamlığının yoxlanılması üçün həkim ekspertizası istəyib. Onun vəsatəti təmin edilməyib.  O, Umbakı Penitensiar Kompleksinə köçürülməsi ilə bağlı verdiyi şikayət barədə son sözünü demək üçün məhkəmədən əlavə vaxt istəyib. Məhkəmə prosesi yanvarın 29-a təxirə salıb.  Ötən il dekabrın 1-də cəzaçəkmə müəssisəsinin rəhbərliyinin vəsatəti əsasında B.Səmədovun 1 illik Umbakı...
Məhkəmə

Fərid İsmayılov: "İstintaq sənədlərinin yayılması göstərir ki, istintaq orqanı polis yox, Azərbaycan hakimiyyəti olub" 

21 Yanvar 2026

Foto: sosial media

"Toplum TV işi" üzrə keçirilən son məhkəmə prosesində jurnalist Fərid İsmayılov istintaq materiallarının hökumətyönlü media orqanlarında yayılması ilə bağlı vəsatət verib.  "6 mart 2024-cü il tarixində "Toplum TV" ilə bağlı cinayət işi açılıb. İstintaq materialları və sirri hökumətin şər mediasında dəfələrlə təhrif olunaraq yayılıb. Bu materialların yayılmasına mane olmaq istintaq qrupunun birbaşa borcu idi. Amma heç bir müstəntiq bu öhdəliyini yerinə yetirməyib. Cəzalanan olubmu? Xeyr. Bu özü belə sübut edir ki, istintaq orqanı, əslində, Bakı Şəhər Baş Polis İdarəsi yox, Azərbaycan hakimiyyəti olub", - o, vəsatəti müdafiə çıxışında bildirib.  F.İsmayılov materialların yayılmasından məsul olan media qurumlarının rəhbərlərinin məhkəmədə dindirilməsini istəyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo