Foto: Reuters
İsrail Qəzza zolağına yardım verilməsinə icazə verib, lakin aylardır sürən ərzaqsızlıq səbəbindən insanlar acından ölməyə davam edir.
İsrail beynəlxalq tənqidlərdən sonra iyulun 27-də Qəzzaya havadan və qurudan humanitar yardım daxil olunmasına icazə verib.
Ötən gün İordaniya və Birləşmiş Ərəb Əmirlikləri paraşütlə ümumilikdə 3 partiya və 25 ton olmaqla Qəzzaya yardım endiriblər.
İsrail, həmçinin, daha çox humanitar yardımın insanlara çatdırılmasını təmin etmək üçün Qəzzanın üç bölgəsində hər gün olmaqla “hərbi fəaliyyətin taktiki dayandırılması”nı elan edib.
Hərbi əməliyyatlara fasilə zamanı ordu, həmçinin, BMT və digər agentliklər tərəfindən yardımın çatdırılmasını asanlaşdırmaq üçün dəhlizlər aççağa qərar verib. Bununla, iyulun 27-də BMT-yə aid yüzə yaxın yük maşınından ibarət yardım konvoyu zolağa daxil olub.
BMT rəsmiləri isə bildirib ki, bu, Qəzzada artıq baş qaldıran aclıqla mübarizə aparmaq üçün yetərli deyil.
Qəzzanın səhiyyə rəsmiləri iyulun 27-də bildirib ki, son 24 saat ərzində aclıqla bağlı səbəblərdən 2-si uşaq olmaqla daha 6 fələstinli ölüb. Beləliklə, 2023-cü ilin oktyabrından bəri zolaqda aclıqdan ölənlərin sayı 133-ə çatıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Getty Images
Foto: açıq mənbə
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?