Siyasət

Ailəsi: Ülvi Həsənli “karser”də huşunu itirəndən 5 gün sonra müayinə edilib

26 İyul, 2025
257

Foto: VOA

"Abzas Media"nın həbsdə olan və aclıq aksiyası keçirən direktoru Ülvi Həsənlinin ürəyində problemlər olduğu bildirilir. 

Bu barədə iyulun 26-da onun həyat yoldaşı Rübabə Quliyeva məlumat yayıb. 

Bildirilir ki, iyulun 25-də zəng edən Həsənlinin səsi "çox zəif və halsız" gəlib. 

"İyulun 21-də karserdə huşunu itirəndən 5 gün sonra həkim onu “müayinə” etməyə lütf edib. Qan təzyiqi 140/100 səviyyəsindədir, çəkisi 67 kiloqrama düşüb. Ülvi həkimə ürəyində problemlər olduğunu deyib. Həkim isə bildirib ki, burada kardioqramma etmək mümkün deyil, icazə yoxdur", - Quliyeva xəbər verib. 

Həsənli iyulun 21-də huşunu itirdiyini nəzarətçiyə bildirsə də, buna heç kimin əhəmiyyət vermədiyini deyib. 

O, həmçinin, isti havaya rəğmən saxlanıldığı cərimə kamerasında nəfəsliyin qəsdən bağlı saxlanıldığını çatdırıb. 

"Ülvini aclıq aksiyasına görə karsda saxlamaq bir yana, əlavə olaraq işgəncə məqsədilə bu dözülməz isti havada nəfəsliyi belə açmırlar. O, düşünür ki, səhhəti ilə bağlı yayılan xəbərlərə görə cəzalandırılır və nəfəsliyin bağlanması da məqsədli şəkildə edilir", - Quliyeva əlavə edib. 

"Abzas Media" direktoru ona həmrəylik məqsədilə aclıq aksiyası keçirən qadın jurnalistlər üçün narahat olduğunu da bildirib. 

Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.

Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.

Həsənliyə dəstək məqsədilə iyulun 22-də BİT-də saxlanılan "Abzas Media" jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclığa başlayıblar. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"

11 May 2026

Sosial media

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.  Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.  "Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya...
Siyasət

AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

8 May 2026

açıq mənbə

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.  Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.  "Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.  Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə...

Seçilmiş Videolar

Toplum TV loqo