Foto: AP
Avropa İttifaqı (Aİ) gecikdirilən anti-korrupsiya islahatları səbəbilə Ukraynaya ayrılan yardımı kəsib.
Avropa Komissiyasının sözçüsü Gijom Mersyenin verdiyi məlumata görə, Ukraynaya “Ukrayna Mexanizmi” proqramı çərçivəsində ayrılacaq növbəti maliyyə yardımı planlaşdırıldığından az olacaq.
Buna səbəb isə Aİ-nin gözlədiyi əsas islahatları Kiyevin tam yerinə yetirə bilməməsidir.
Ukrayna proqram çərçivəsində dördüncü dəfə və indiyədək ən böyüyü olmaqla 4,5 milyard avro almağı hədəfləyirdi. Lakin nəticədə təxminən 3 milyard avro alacaq.
Ukrayna yardım qarşılığında 16 islahat həyata keçirməlidir. İndiyədək Ukrayna hökuməti bunlardan 13-nü həyata keçirdiyini bildirib.
Qalan yerinə yetirilməmiş islahatlar idarəetmənin mərkəzi hakimiyyətdən bölgələrə ötürülməsi, Ali Antikorrupsiya Məhkəməsinə hakim təyinatları və Aktivlərin Qaytarılması və İdarə Olunması Agentliyini islah edəcək qanunla bağlıdır.
Mersye əlavə edib ki, Aİ-nin qismən ödəniş siyasətinə əsasən, yerinə yetirilməmiş göstəricilərlə bağlı vəsaitlər islahatlar 12 ay ərzində tamamlanarsa, sonradan ödənilə bilər.
“Ukrayna Mexanizmi” 2024-cü ilin fevralında təsdiqlənib və dörd illik proqram kimi 33 milyard avro məbləğində kredit və 17 milyard avro məbləğində qrant təqdim etməklə Ukraynanın iqtisadiyyatını sabitləşdirmək və müharibədən sonrakı bərpanı dəstəkləmək məqsədi daşıyır.
Tələb edilən islahatlar ölkənin Aİ-yə üzvlük prosesi üçün yol xəritəsi kimi xidmət edir və idarəetmə, hüququn aliliyi, yenidənqurma və iqtisadi modernizasiyanı əhatə edir.
İyulun 16-da Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, Aİ 2028–2034-cü illər üçün uzunmüddətli büdcəsindən Ukrayna üçün əlavə 100 milyard avro ayırmaq niyyətindədir və bu da mövcud “Ukrayna Mexanizmi” büdcəsinin ikiqat artırılması deməkdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Reuters
Foto: Trend News Agency
Azərbaycanda iki fərmanla 10 dövlət qurumu ləğv edildi
Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"
Kimi aldadırsan, ay zalım oğlu?..
“Hakimiyyət təcridxana əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir”
Zahid Orucun əhalinin 94%-inin İlham Əliyevi dəstəklədiyini deyən mərkəzi bağlandı?