Foto: açıq mənbə
ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-nin Qlobal Media Agentliyinə (USAGM) maliyyə ayırmağa davam edib.
Tramp fevralın 3-də Konqresin qəbul etdiyi qanunvericilik aktını imzalamaqla hökumət böhranına ("şatdaun" - red.) son qoyub.
Qanunda digər dövlət orqanları ilə yanaşı USAGM-yə də oktyabrın 1-ə qədər 643 milyon dollar vəsait ayrılması nəzərdə tutulub.
USAGM-in maliyyələşdirdiyi media orqanları sırasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi" də var.
2025-ci ilin martında Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalamışdı. Bu qurumlar arasında USAGM də var idi.
Həmin dövrdən etibarən "Amerikanın Səsi" fəaliyyətini dayandırıb, "Azadlıq Radiosu" isə fəaliyyətinə məhdudiyyətlərlə davam edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“NVIDIA” rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Foto: sosial media
İran XİN 14 vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsi barədə: ‘Bu addım dostyana deyil’
açıq mənbə
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir