CNN.com
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq edilməsi haqda fərman imzalayıb.
Siyahıya Gürcüstan hakimiyyətində təmsil olunan 19 nəfər daxil edilib. Onların arasında Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanişvilinin, Baş nazir İrakli Kobaxidzenin, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin, daxili işlər naziri Vaxtanq Qomelaurinin və Tbilisi meri Kaxa Kaladzenin də adları var.
Məhdudlaşdırıcı tədbirlər 10 il müddətinə tətbiq ediləcək. Bunlara aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması (tamamilə dayandırılması): resursların tranzitinin, Ukrayna ərazisindən uçuşların və daşımaların dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qadağan edilməsi, təsərrüfat və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması və s. daxildir.
Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə deyib ki, məhdudiyyətlər “Gürcüstanın və Gürcüstan xalqının maraqlarını satanlara” aiddir. O, Avropanı, Amerikanı, dünyada hər kəsi eyni şəkildə hərəkət etməyə çağırıb (https://t.me/V_Zelenskiy_official/12671).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
BBC
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb