Rəsmi səhifə
Rusiya Prezidenti Vladimir Putin Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası çərçivəsinə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
RBC xəbər verir ki, Putin görüşü zamanı ölkəsinin Türkiyədə qaz qovşağı yaratmaq planlarından danışıb. Onun ehtimalına görə, qovşaq təkcə üçüncü ölkələrə yanacaq tədarükü üçün deyil, həm də enerji qiymətlərinin müəyyən edilməsi üçün platformaya çevrilə bilər.
“Türkiyə və digər ölkələrdəki potensial alıcılarımız maraq olarsa, biz başqa bir qaz kəməri sisteminin inşasını nəzərdən keçirə bilərik”, - Rusiya prezidenti bildirib.
O, hesab edir ki, Rusiya “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya, “Türk axını” ilə avropalı tərəfdaşlara mavi yanacağın tədarükü üçün qovşaq yarada bilər.
https://toplum.tv/dunya/sorgu-ruslarin-78-i-ukrayna-erazilerinin-ilhaqini-destekleyir
1,5 saat çəkən görüş zamanı Putin İstanbul razılaşması ilə taxıl alan ölkələrin Ərdoğana minnətdar olmalı olduğunu deyib: “Cənab Prezident, Sizin səyləriniz sayəsində biz Ukrayna taxılının xarici bazarlara çıxarılması ilə bağlı sövdələşməni həyata keçiririk”.
Kremlin sözçüsü Dmitrki Peskov görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Rusiyanın qaz qovşağı yaratmaq ideyasına müsbət yanışıb.
Həmçinin Peskov qeyd edib ki, Putin və Ərdoğan görüşdə Rusiya-Ukrayna nizamlanması mövzusunu müzakirə etməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”