Dünya

Rusiya Litvaya xəbərdarlıq etdi:  Açıq düşmənçilik kimi qiymətləndiririk 

20 İyun, 2022
2419

TRT World

Kreml Litvanın Avropa Birliyinin sanksiyalarına məruz qalan malların Kalininqrad vilayətinə tranzitini dayandırmaq barədə qərarını qanunsuz adlandırıb.

"İnterfaks" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri  Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Moskva cavab tədbirləri barədə qərar qəbul etməzdən əvvəl bir neçə gün ərzində məsələni təhlil edəcək.

"Bu qərar həqiqətən görünməmiş, bütün xətlərin keçilməsidir. Biz başa düşürük ki, bu, Avropa Birliyinin tranziti də sanksiyalara daxil etməsiylə bağlıdır. Biz də bunu qanunsuz hesab edirik", - Peskov jurnalistlərə deyib. 

https://toplum.tv/dunya/ukraynada-rus-mahnilari-ve-kitablari-qadagan-olunub

"Bu mənada vəziyyət çox ciddidir, hər hansı tədbir və qərar qəbul edilməzdən əvvəl çox dərin təhlil tələb olunur. Bu dərin təhlil yaxın bir neçə gün ərzində aparılacaq", - Kreml sözçüsü vəd verib.

Jurnalistin "belə olan halda Rusiya vilayətinin blokadasından danışmaq olarmı" sualına Peskov "Bu, əlbəttə ki, blokadanın bir elementidir", - deyə cavab verib.

Məsələylə əlaqədar olaraq, bu gün, iyunun 20-də Rusiya Xarici İşlər Nazirliyi də məlumat yayıb. 

Bu gün Litvanın müvəqqəti işlər vəkili Rusiya Xarici işlər Nazirliyinə (XİN) çağırılıb və ondan Kalininqrada tranzit sahəsində qoyula məhdudiyyətlərin dərhal aradan qaldırılması tələb olunub.

"Biz Litva tərəfinin beynəlxalq hüququn öhdəliklərini, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımlarını açıq düşmənçilik kimi qiymətləndirdiyimizi bildirdik.

Bəyan etdik ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, onda Rusiya öz milli maraqlarını qorumaq üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, -nazirliyin məlumatdına qeyd olunub.

Rusiyanın digər regionlarından Kalininqrad vilayətinə dəmir yolu ilə yüklərin daşınmasının Litvanın hakimiyyət orqanları tərəfindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılacağı barədə faktı ötən cümə günü Kanininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirib.

"Litva dəmir yolları Kalininqrad dəmir yoluna sabah saat 00:00-dan (18 iyun - İF) Avropanın sanksiyalarına məruz qalan malların Kalininqrad vilayətinə və bu bölgədən tranzitini dayandıracaqları barədə məlumat verib, - Əlixanov Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, ilkin hesablamalara görə, bu, bütün tranzit yüklərin 40%-dən 50%-ə qədərinə aiddir. Bunlar tikinti materialları, sement, metallar və digər vacib mallardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo