president.gov.ua
İrlandiya hökuməti Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün 25 milyon avro yardım ayıracaq.
Bu barədə İrlandiyanın baş naziri Maykl Martin iyulun 23-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“İrlandiya Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə dəstək verməyə davam edəcək. Bu, ölkənin Rusiyanın dron hücumlarından qorunmasına kömək edəcək”, - M.Martin deyib.
İrlandiya baş naziri Kiyevə səfərinə iyulun 23-də başlayıb. O, səfər çərçivəsində ilk növbədə həlak olan ukraynalı hərbçilərin xatirəsini yad edib.
M.Martin səfərdən əvvəl bildirib ki, Kiyevə səfəri İrlandiyanın Avropa İttifaqına sədrliyinin ilk günlərinə təsadüf edir. Onun sözlərinə görə, səfərin məqsədi Aİ və İrlandiyanın Ukrayna hökuməti və xalqı ilə həmrəyliyini bir daha vurğulamaqdır.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından etibarən İrlandiya Ukraynaya humanitar ehtiyaclar, hərbi məqsədlər üçün müdafiə xarakterli yardım və ölkənin kritik enerji infrastrukturunun dəstəklənməsi üçün 500 milyon avrodan çox vəsait ayırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”