Dünya

Saakaşvili Gürcüstan siyasətindən gedir

1 Avqust, 2022
2377

Sosial Media

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan siyasətindən getmək və rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" Partiyasından çıxmaq qərarına gəlib. 

Bu barədə onun vəkili Valeri Qelbaxiani "İmedi" telekanalına açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, Saakaşvili təkcə Milli Hərəkatdan deyil, “ümumiyyətlə Gürcüstan siyasətindən getmək qərarına gəlib, çünki indi bu, siyasət yox, ölüm-dirim məsələsidir”. Qelbaxiani vurğulayıb ki, Gürcüstanın eks-prezidenti “artıq siyasətlə maraqlanmır”.

https://toplum.tv/dunya/kosova-ve-serbiya-arasinda-gerginlik-etnik-serbler-etiraz-edirler

“Görünür, o, bu barədə çoxdan düşünürdü, amma heç kim ona bunu açıq elan etmək imkanı vermədi, çünki qalmaqallı dissonans istəmirdilər. İndi də bəyan edir ki, onun heç kimə qarşı heç bir iddiası yoxdur. Onun siyasi resursu tükənib, gündəliyi və vəzifələri də dəyişib. İndi qarşısında duran əsas vəzifə sağlamlığına diqqət etmək, mümkün təhlükədən, ölümdən qaçmaqdır”, - deyə vəkil bildirib.

Bundan əvvəl Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze siyasətçinin vəziyyətinin pisləşdiyini açıqlamışdı. O, Saakaşvilinin “çox xəstə” olduğunu demiş və eks-prezidentin vəziyyətini ölü adamla müqayisə etmişdi. 

2021-ci ilin payızında Mixail Saakaşvili səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdıb və həbs edilib. Ölkəsində ona bir bankirin qətli və deputatın döyülməsi iddiası ilə 6 illik həbs cəzası verilib. Siyasətçi həmçinin sərhədi qanunsuz keçməkdə, dövlət vəsaitini mənimsəməkdə və 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda ittiham olunur.

Hazırda sabiq prezident həbsxana kamerasından köçürüldüyü özəl klinikadadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo