Dünya

Türkiyə Ukrayna taxılının ixracı üçün yardım təklif edib

7 İyun, 2022
2105

Türkiyə hökuməti Ukrayna taxılının ixracını bərpa etmək üçün köməyə hazırdır. Bunun üçün Odessa limanının çıxışındakı minalar təmizlənməlidir. 

Bu haqda “Bloomberg” öz mənbələrinə istinadən xəbər verir. 

Agentliyin məlumatına görə, Türkiyə bu təklifi Rusiya ilə razılaşdırıb və BMT-nin dəstəyini almağa ümid edir. “Bloomberg”in həmsöhbətləri deyirlər ki,  Ukrayna bu ideyaya bədbin yanaşır, Rusiyanın təhlükəsiz dəhlizdən Odessaya hücum üçün istifadə edə biləcəyindən çəkinir. Xarici işlər naziri Dmitri Kuleba Kiyevin bu əndişəsini açıq şəkildə dilə gətirib. 

Ukrayna mətbuatı isə xəbər verir ki, prezident Zelenski iyunun 6-da deyib ki, böhranın həllində mümkün iştirakçı kimi etimad göstərdiyi ölkələr sırasında Türkiyə də var. Onun fikrincə, bu zaman təhlükəsizliyin ən yaxşı təminatı Ukraynanın gəmi əleyhinə silahlarla təchiz edilməsidir. 

Ukrayna limanlarında blokadanın qaldırılması mövzusunu bazar ertəsi Türkiyə və Ukraynanın müdafiə nazirləri də müzakirə ediblər. 

Ukrayna dünyada ən iri taxıl ixracatçılarından biridir. Rusiya təcavüzü nəticəsində ixracın xeyli hissəsi dayandırılıb, bu da qlobal taxıl böhranı təhlükəsi yaradır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo