Dünya

Von der Leyen: Sanksiyalar qalacaq, Putin uduzacaq, Avropa qalib gələcək

14 Sentyabr, 2022
2101

Handelsblatt

Yaxın gələcəkdə Rusiya Ukraynaya hərbi müdaxiləyə cavab olaraq Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların ləğvinə ümid etməməlidir. 

Bunu çərşənbə günü Strasburqda Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Sanksiyalar qalacaq. Bu, Putinin seçdiyi ölüm və məhv yolu üçün ödənilən qiymətdir. Putin uduzacaq, Avropa qalib gələcək", - deyə fon der Leyen bildirib. O, həmçinin vurğulayıb ki, Avropa müharibənin ilk günündən Ukraynanın tərəfində olub və gələcəkdə də ona dəstək verəcək.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Avropa ölkələri artıq Ukraynaya silah tədarükünü nəzərə almasaq, 19 milyard avro dəyərində maliyyə yardımı edib.

https://toplum.tv/siyaset/ktmt-ermenistana-missiya-gonderir

Von der Leyen bu gün Kiyevə səfərə gedəcəyini də açıqlayıb.

"Rusiya təkcə Ukraynaya qarşı müharibə başlatmadı. Bu, həm də enerjimizə, iqtisadiyyatımıza, dəyərlərimizə və gələcəyimizə qarşı müharibədir. Bu qarşıdurmada 27 Aİ ölkəsindən dözüm və həmrəylik tələb olunacaq", - Von der Leyen deyib.

Bundan əvvəl Avropa Komissiyası Rusiyadan qazın qiymətini məhdudlaşdırmaq üçün iki variant hazırlamışdı. Bununla belə, maksimal qiymətlə bağlı razılıq əldə olunmamışdı. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo