Abad ictimai ərazilərin səviyyəsinə görə Bakı MDB-nin ən pis şəhərlərindən biridir
açıq mənbədən götürülüb
İlin son günlərində Dövlət Statistika Komitəsi dayanıqlı inkişafla bağlı yeni hesabat açıqladı. Sənəddə diqqəti çəkən maraqlı göstəricilərdən biri də ümumi istifadəyə açıq olan abadlaşdırılmış şəhər ərazilərinin miqyasıdır. Belə ərazilərə aşağıdakılar daxildir:
- yaşayış binalarının və digər tikililərin həyətlərindəki yaşıllıqlar;
- parklar və şəhər meşələri;
- uşaq meydançaları;
- meydanlar (fəvvarələr olan meydanlar, heykəllərin olduğu meydanlar və s.);
- idman meydançaları;
- dəniz, göl və çayların sahilləri;
- sahilyanı qoruqlar;
- icma bağları;
- parkletlər (səkilərdə, yol döngələrində, parklama yerlərində oturacaq və yaşıllıqlarla təchiz edilmiş kiçik ictimai məkanlar) və s.
Hesabatdan aydın olur ki, hazırda Bakı şəhərinin ümumi ərazisinin cəmi 7,6% açıq və abadlaşdırılmış sahələrdən ibarətdir. Bu göstərici Sumqayıt şəhərində 17,5%, Gəncə şəhərində 15,1% təşkil edir.
Açıq ictimai məkanların sahəsi baxımından Bakının nə qədər yoxsul bir şəhər olduğu MDB ölkələrinin paytaxtları və böyük şəhərlərilə müqayisədə daha aydın görünür.
Məsələn, deyd olunan göstəricinin səviyyəsi Moskvada 24,6%, Sankt-Peterburqda 22,4%, Kiyevdə 19,1%, Astanada 18%, Almatada 19%, Bişkəkdə 17%, Aşqabadda 16%, Daşkənddə 15,4%, Düşənbədə 12% təşkil edir.
Hesabatda abad ictimai məkanlarla bağlı başqa bir göstərici də var: əhalinin həmin məkanlara əlçatanlıq səviyyəsi.
Bu göstərici belə ərazilərə maksimum 400 metrdən çox olmayan məsafədə yaşayan əhalinin ümumi şəhər əhalisinə nisbəti olaraq hesablanır. Sənəddə təqdim olunan statistikaya görə, Bakı əhalisinin təxminən üçdə biri (36%) ictimai abad məkanlara əlverişli məsafadə yaşayır.
Hər iki göstərici Bakıda park və yaşıllıqların nə qədər az, tikinti sıxlığının nə qədər yüksək olduğunu göstərir.
Avropa Şurasının 20 ildir tələb etdiyi kimi, Bakıda seçkili və kollegial idarəetmə sistemi tətbiq edilməyənə qədər vəziyyət dəyişməyəcək. Hökumət bundan sonra neft pulları hesabına hətta 100 milyard dollar xərcləyib dəbdəbəli binalar tikdirsə belə, Bakını yaşanası yerə - “insan dostu şəhər”ə çevirə bilməyəcək.
“Toplum TV”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.