Ölkə

Rüfət Səfərovun anası ilə bağlı “stop” ləğv edilib 

7 Yanvar, 2025
27

Sosial Şəbəkə

Hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib və o, həyat yoldaşı ilə Türkiyəyə müalicəyə yola düşüb.

Bu haqda Rüfət Səfərovun Facebook səhifəsində yaxınları paylaşım ediblər. 

T.Tahirqızı ötən həftə parkinson xəstəsi olan həyat yoldaşı Eldar Sabiroğlu ilə müayinə üçün Türkiyəyə getməli idi. Amma son anda hava limanında məlum olub ki, onun ölkədən çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. 

T.Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün istintaqa dəvət edilib. O, mətbuata bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinə getsə də, ifadə verməkdən imtina edib.

“Müstəntiqə bildirdim ki, oğlumu şərləyib həbs ediblər. Hər hansı bir sübut olmayan cinayət işi üzrə mən necə ifadə verə bilərəm”, T.Tahirqızı bildirib.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Səfərov ittihamları rədd edib, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi ilə izah edib.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirir. 

Rəsmi Bakı insan haqları sahəsindəki durumla bağlı yerli və beynəlxalq tənqidləri rədd edir, ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib olunmadığını,  bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycana məxsus  gəmilər iki aydır həbs edilib

8 Yanvar 2025

açıq mənbədən götürülüb

Azərbaycana məxsus  üç gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib. Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova APA-ya bildirib ki, bununla bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktub göndərilib. Onun sözlərinə görə, ötən il noyabrın 7-də "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə məlumat daxil olub. Bu haqda Agentlik Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi...
Ölkə

Təyyarə qəzasında həlak olanların kredit borcları silinib

8 Yanvar 2025

açıq mınbədən götürülüb

Dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış sərnişin təyyarəsində həlak olanların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam silinib.  "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada belə deyilir. Qeyd olunur ki, kredit öhdəlikləri müvafiq təşkilatların öz vəsaiti hesabına silinib. Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb.  Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Azərbaycan tərəfsə təyyarəyə texniki və fiziki müdaxilə edildiyini...

Seçilmiş Videolar

Toplum TV loqo