açıq mənbədən götürülüb
Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatına görə, Azərbaycan həbsdə olan jurnalistlərin sayının ən çox olduğu Avropa ölkələri arasında beşinci yerdədir (Turan).
Azərbaycanda hazırda 25 jurnalist həbsdədir. Bunların əksəriyyəti tənqidçi medianın - Abzas Media, Meydan TV və Toplum TV-nin əməkdaşlarıdır. Onların çoxu qaçaqmalçılıqda ittiham edilir, özləri ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.
Daha bir azərbaycanlı jurnalist Əfqan Sadıqovsa Azərbaycan hakimiyyətinin sorğusu ilə Gürcüstanda həbs edilib.
IFJ-nin hesabatında deyilir ki, ötən il dünyada 516 jurnalist həbs olunub. Əvvəlki illərlə müqayisədə kəskin artım qeydə alınıb - 2023-cü ildə 427, 2022-ci ildə 375 jurnalist həbs olunub.
Qeyd olunur ki, ən çox jurnalist (135) Çində həbs edilib.
Sonrakı yerlərdə 59 fələstinli jurnalistlərin həbsi ilə İsrail, 44 mətbuat işçisinin həbsi ilə isə Myanma gəlir.
Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə birlikdə ilk beş ölkə arasında yer alır.
Hesabatda deyilir ki, 2024-cü ildə dünyada 122 jurnalist və KİV işçisi öldürülüb, onlardan 14-ü qadındır.
Federasiya ötən ili jurnalistlər üçün ən ölümcül illərdən biri kimi qiymətləndirib. Hesabata əsasən, Yaxın Şərqdə və ərəb dünyasında 77, Afrikada 10, Amerikada 9 və Avropada 4 jurnalist öldürülüb.
IFJ BMT-nin Jurnalistlərin Müdafiəsi haqqında Beynəlxalq Konvensiyasının təcili qəbul edilməsi zərurətini də vurğulayıb.
Ötən il beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırıblar. Azərbaycan hakimiyyəti isə onların peşə fəaliyyətinə görə həbs edilmədiyini, ölkədə söz, fikir azadlığının təmin olunduğunu bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb