Siyasət

Hüquq müdafiəçisinin anası: “Hər dəqiqə zəng gözləyirik”

7 Yanvar, 2025
29

açıq mənbədən götürülüb

Hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün istintaqa dəvət edilib. O, Amerikanın Səsinə deyib ki,  Bakı şəhər Baş Polis İdarəsinə getsə də, ifadə verməkdən imtina edib.

“Müstəntiqə bildirdim ki, oğlumu şərləyib həbs ediblər. Hər hansı bir sübut olmayan cinayət işi üzrə mən necə ifadə verə bilərəm”, T.Tahirqızı bildirib. 

O, ölkədən çıxışına qadağa qoyulmasının səbəbi ilə də maraqlandığını, amma  konkret cavab ala bilmədiyini söyləyib. 

Tahirə Tahirqızı bildirib ki, həyat yoldaşı ağır parkinson xəstəsidir və hər altı aydan bir İstanbulda əməliyyat olunduğu klinikada müayinədən keçir. 

“Son hadisələr, oğlumuzun həbs edilməsi onun xəstəliyinin daha da kəskinləşməsinə səbəb olub. Buna görə yanvarın 7-də İstanbula getmək üçün təyyarəyə qabaqcadan bilet almışam. Mənə son anda məlum olub ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Biz pensiya ilə dolanırıq. Bu bilet pulu belə bizim üçün böyük məbləğdir”, o qeyd edib.

Tahirə Tahirqızı hər dəqiqə istintaq orqanından zəng gözlədiklərini, həyat yoldaşını Türkiyəyə müayinəyə aparmaq üçün ölkədən çıxışına qoyulan qadağanın götürləcəyinə ümid etdiyini bildirir.

Ailə üzvlərinin dediklərinə görə, yanvarın 6-da Rüfət Səfərov ailəsi ilə telefonla danışıb, o, atasının səhhəti ilə bağlı narahat olduğunu deyib. 

“Bizim ölkədən çıxışımıza qoyulan qadağa isə ona çox ağır təsir edib. O bunun humanizmə uyğun olmadığını dedi”, ana söyləyib.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Səfərov ittihamları rədd edib, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi ilə izah edib.

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirir. 

Rəsmi Bakı insan haqları sahəsindəki durumla bağlı yerli və beynəlxalq tənqidləri rədd edir, ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib olunmadığını,  bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...
Siyasət

Samir Aşurovun həbs cəzası 6 ay azaldılıb

8 Yanvar 2025

Azadlıq.org

Almaniyadan deportasiya edildikdən sonra həbs olunan ictimai fəal Samir Aşurova təqsirli bilindiyi ittihamlardan biri üzrə bəraət verilib,  həbs cəzası 6 ay azaldılıb. Qərar yanvarın 8-də Azərbaycan Ali Məhkəməsi tərəfindən verilib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə tərkibi olmadığına görə Samir Aşurovun günahkar bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddəsi üzrə xitam qərarı qəbul edib və ona bəraət verib.  Ali Məhkəmə Aşurova Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 6 il qəti cəza təyin edib. 2023-cü il martın 29-da Almaniyadan...

Seçilmiş Videolar

Toplum TV loqo