İqtisadiyyat

Azərbaycan bankları Cənubi Qafqazda ən az mənfəətə sahib olub

28 İyul, 2025
351

Foto: açıq mənbə

Azərbaycan bankları bu ilin ilk yarısında Cənubi Qafqazda ən az mənfəətə sahib olublar. 

Bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin statistik məlumatlarına əsasən xəbər verib. 

O bildirib ki, 2025-ci ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bankları ən çox mənfəət əldə ediblər. “Ölkədə fəaliyyət göstərən 19 bankın 15-i yarımili mənfəətlə başa vuraraq ümumilikdə 569,1 milyon dollar qazanıblar. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur”, - Əliyev yazıb.

Ermənistanda isə banklar cari ilin ilk yarısında mənfəətlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artırıblar. Ölkədəki 17 bankın 12-si mənfəət əldə edib və ümumi mənfəətləri təxminən 513 milyon dollar olub.

İqtisadçının sözlərinə görə, Azərbaycanda 22 bankın əksəriyyəti yarımili mənfəətlə başa vurub, lakin mənfəətin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azalaraq 339.2 milyon dollara düşüb.

O əlavə edib ki, 2024-cü ildə Azərbaycan bankları ili 614 milyonla, Gürcüstan bankları 1,1 milyardla, Ermənistan bankları isə 914 milyon dollarla başa vurublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb

17 Aprel 2026

Açıq mənbə

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz aşağı düşüb, qeyri neft-qaz sektorunda isə cəmi 0,2 faiz artıb. 2025-ci ildə Azərbaycanda ÜDM cəmi 1,4 faiz artmışdı və bu, MDB ölkələri arasında Rusiyadan sonra ən aşağı göstərici idi. Ötən il Azərbaycanda adambaşına düşən ÜDM 7400 ABŞ dolları həcmində olub. Cənubi Qafqaz regionu üzrə müqayisə aparanda Azərbaycanın qonşularından nə qədər geri qaldığı bariz görünür. Məsələn, bu ilin ilk iki ayı ərzində Gürcüstanda ÜDM 8,4% artıb. Fevral ayında...
İqtisadiyyat

Azərbaycanda qida məhsulları 7 faizə yaxın bahalaşıb 

17 Aprel 2026

Açıq mənbə

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında qida məhsulları, içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artıb.  Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında məlumat verilir.  İlk 3 ayda qiyməti ən çox artan məhsullardan - tütün məmulatları 11,1 faiz, süd, süd məhsulları və yumurta 10,5 faiz, meyvələr 10 faiz, araq və brendi 8,9 faiz, balıq və balıq məhsulları 8,8 faiz, ət və ət məhsulları 7,9 faiz, kərə və bitki yağları, çay, qəhvə və kakao isə 7,3 faiz bahalaşıb.  Yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 5,7 faiz, qeyri-qida...

Seçilmiş Videolar

Toplum TV loqo