İqtisadiyyat

Əhmədbəyli-Füzuli-Şuşa yolunda avtomobillə gediş 7 manat olacaq 

1 İyun, 2026
105

Açıq mənbə

Tarif Şurası Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda gediş üçün qiymətləri müəyyənləşdirib. 

APA-nın xəbərinə görə, qiymətlər minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtomobilləri üzrə 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat), kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri üzrə 1 km üçün 10,6 qəpik (8,62 manat), avtobuslar üzrə 1 km üçün 7,1 qəpik (5,77 manat), qoşqulu və yarımqoşqulu avtomobillər üzrə 1 km üçün 17,7 qəpik (14,39 manat), motosikletlər üzrə isə 1 km üçün 4,65 qəpik (3,78 manat) müəyyən olunub. 

Açıqlamada deyilir ki, ödənişlərdən daxil olacaq vəsait respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

Qərar iyunun 2-dən qüvvəyə minəcək. 

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisinə 2020-ci ilin noyabrında başlanılıb. Yol ötən ilin iyulunda istismara verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dövlət borcunun görünməyən tərəfi: Təminat Fondunun resursları niyə tükənir?

22 İyun 2026

Toplum TV

Prezident İlham Əliyev də daxil olmaqla, iqtisadiyyata cavabdeh rəsmilərin dövlət borcunun aşağı səviyyəsini mütəmadi olaraq ölkənin iqtisadi gücünün əsas göstəricilərindən biri kimi təqdim etdikləri bir dövrdə, Hesablama Palatasının yaydığı açıqlama diqqət çəkib. Palatanın 2025-ci il üzrə dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı Təminat Fondunun sərəncamında olan vəsaitlərin həcmi 2025-ci ilin sonuna 61 faiz azalaraq 419 milyon manatdan 164 milyon manata enib. Son 5 ildə (2020-2025-ci illərdə) isə 11 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin sonuna Fondun vəsaitlərinin ümumi qalığı 1,980 milyard manat olmuşdur. Təminat Fondu dövlət borclarının qaytarılması məqsədilə yaradılan büdcədənkənar...
İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...

Seçilmiş Videolar

Toplum TV loqo