İqtisadiyyat

Nazir müavini kadr çatışmazlığından şikayətlənir, bəs problem nədədir?

22 Dekabr, 2025
268

Foto: açıq mənbə

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu yaxınlarda kadr çatışmazlığından şikayətlənib. 

O, dekabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə deyib ki, kadr çatışmazlığına görə xaricdən mütəxəssis gətirmək məcburiyyəti yaranır. 

“Yaşlanan kadrların sistemdən çıxması ilə boşluq yaranır və bu boşluq yalnız ali təhsil vasitəsilə, yəni dördillik təhsilə kifayət qədər tələbə cəlb etməklə aradan qaldırıla bilər. Bu isə qeyri-mümkündür. Məhz bu səbəbdən xaricdən mütəxəssis sifarişi yaranır”, - nazir müavini qeyd edib. 

Açıqlamaya sosial media hesabında münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert V.Məhərrəmli problemə görə nazirliyi günahlandırıb. O, İ.Qədimovanın artıq yeddi ildir bu vəzifədə olmasına diqqət çəkib.

"Deputatlardan biri qalxıb deməyib ki, 7 ildə minlərlə mütəxəssis hazırlamaq olardı, niyə hazırlamamısınız? 7 ildə konkret olaraq nə işlə məşğul olmusunuz?! Kənd təsərrüfatında naşı olsalar da, sözlə manipulyasiya etməyi, vəziyyətdən çıxmağı, gözə kül üfürməyi yaxşı bacarırlar", - o bildirib. 

"Toplum TV"-yə danışan iqtisadçı Toğrul Vəliyev də qeyd edib ki, müəyyən sahələr üzrə ixtisaslı kadr çatışmazlığı olsa da, bunun günahı dövlətin təhsil siyasətində və problemdən əziyyət çəkən qurumlardadır. 

"Nazirlik hər il müxtəlif sahələrdə nə qədər ixtisaslı kadra ehtiyacı olduğunu Təhsil Nazirliyinə və ali təhsil müəssisələrinə təqdim etməli idi. Buna əsasən də dövlət sifariş hazırlamalıdır və ehtiyacları təmin etməlidir. Əgər nazirlik fəaliyyət müddətində bu ehtiyacları müəyyən edə bilməyibsə, bu onların problemidir. Kənd Təsərrüfatı Nazirliyi neçə ildir fəaliyyət göstərir", - o deyib. 

İqtisadçı kadr çatışmazlığının yarandığı sahələrdə əməkhaqlarının aşağı olmasını da səbəblərdən biri kimi görür. 

"Ola bilər ki, dövlət sifariş verir, lakin insanlar həmin sahələrə maraq göstərmir. Bu da təbiidir. İnsanlar istəyir ki, heç olmasa ilkin ehtiyaclarını qarşılayacaq əməkhaqqının verildiyi sahədə çalışsınlar. Kənd təsərrüfatı isə bu baxımdan cəlbedici deyil", - o söyləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 Sentyabr 2026
Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir. Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək. Azalma əsasən Dövlət...
İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...

Seçilmiş Videolar

Toplum TV loqo