Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.
Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.
Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq AZAL təyyarəsi qəzaya uğramış və Kşnyakin həlak olmuşdu.
Lakin Bakı Apellyasiya Məhkəməsi də fondun şikayətini təmin etməyib. DSMF ardınca kassasiya şikayəti ilə Ali Məhkəməyə üz tutub.
Ali Məhkəmə işə baxarkən fond ərizə göndərərək 75 nəfərdən 7-si istisna olmaqla, digərləri barəsində şikayətini geri götürdüyünü açıqlayıb.
Ali Məhkəmə bu ilin avqustunda işlə bağlı qərarını açıqlayıb. Məhkəmə DSMF-nin barəsində şikayətini geri götürmədiyi 7 pilotla bağlı aşağı instansiyalarda hərtərəfli araşdırma aparıldığını əsas gətirərək fondun kassasiya şikayətini təmin etməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb