Ölkə

Nazirlər Kabineti: Məktəblərdə “dünyəvilik prinsipinə uyğun olmayan” geyimlərə icazə verilməyəcək

22 Sentyabr, 2026
6

sosial media

“Dövlət məktəblərində müəyyən edilmiş formanın vahidliyini pozan və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilməyəcək”.

Nazirlər Kabinetinin sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə etdiyi dəyişiklikdə belə deyilir.

“Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir”, - qərarda bildirilir.

Qərara görə, valideynlər və ya digər qanuni nümayəndələr uşaqların geyim qaydalarına əməl etməsini təmin etməlidirlər.

Bildirilir ki, qaydalara riayət olunması ilə bağlı məsələləri məktəbin Pedaqoji Şurası həll edəcək:

“Şuranın qərarı qəbul olunduğu tarixdən beş iş günü ərzində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir”.

Qərarda “dünyəvilik prinsipinə uyğun olmayan” geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır.

Bəzi sosial media istifadəçiləri qərardakı “dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri” ifadəsinin hicabı nəzərdə tutduğunu bildirirlər. Daha əvvəl də valideynlər övladlarının hicabla məktəbə buraxılmaması barədə şikayətlər səsləndiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

DTX 5 ölkədə keçirilən əməliyyatlarda 10 nəfərin saxlanıldığını bildirir

18 Sentyabr 2026

sosial media

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığı barədə məlumat yayıb. Sentyabrın 18-də yayılan məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib”. DTX bildirir ki, onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib. Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər". DTX vurğulayır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş...
Ölkə

Azərbaycanda karantin rejimi yenə uzadılıb

17 Sentyabr 2026

sosial media

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. Bu barədə baş nazir Əli Əsədov sentyabrın 17-də qərar imzalayıb. Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur. Bundan əvvəl bu müddət 1 oktyabr 2026-cı ilədək müddəti əhatə edirdi. Azərbaycan ilk dəfə 2020-ci ilin martında, dünyada koronavirus (COVID-19) infeksiyasının geniş yayıldığı dövrdə xüsusi karantin rejimi elan edib və qonşu ölkələrlə sərhədlərini bağlayıb. O vaxtdan bəri karantin rejimi hər üç aydan bir uzadılır. Dünya Səhiyyə Təşkilatı isə hələ 2023-cü ilin mayında COVID-19 infeksiyasının artıq pandemiya xarakteri daşımadığını elan edib....

Seçilmiş Videolar

Toplum TV loqo