Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr, 2026
10

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib.

Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb.

“Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib.

Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb:
“Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda 5,4 faiz artım olmuşdur”.

Müstəqil iqtisadçılar isə qeyri-neft sektorunun inkişafının da əsasən dövlət investisiyalarından asılı qaldığını bildirirlər. Daha əvvəl “Toplum TV”yə danışan ekspertlər dövlətin bəzi tikinti layihələrini təxirə salmasının iqtisadi artıma təsirini özəl sektorun müstəqil artım mənbəyi kimi zəifliyi ilə əlaqələndiriblər.

İqtisadçı Zöhrab İsmayıl da “Toplum TV”yə açıqlamasında neft bumu dövründə əldə olunan yüksək gəlirlərin iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması ilə bağlı gözləntiləri doğrultmadığını deyib. Onun fikrincə, yürüdülən iqtisadi siyasət və iqtisadiyyatda dövlət inhisarının saxlanılması bu istiqamətdə irəliləyişə mane olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP: “Məhkəmə beş ayda Əli Kərimli ilə bağlı səkkiz şikayəti geri qaytarıb”

22 Sentyabr 2026

şəxsi arxivi

Səbail Rayon Məhkəməsi son beş ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli ilə bağlı verilən səkkiz şikayəti baxılmadan geri qaytarıb. Bu barədə sentyabrın 22-də AXCP-nin mətbuat xidməti məlumat yayıb. Açıqlamaya görə, sonuncu şikayət sentyabrın 21-də geri qaytarılıb. Həmin müraciət Əli Kərimlinin informasiya almaq hüququnun pozulması iddiası ilə bağlı olub. Partiya bildirib ki, digər müraciətlər AXCP sədrinin atasının dəfn mərasimində iştirakı, işgəncəyə məruz qalması, müdafiə, ailəsi ilə görüş və telefon danışığı hüquqlarının pozulması, eləcə də əlyazmalarının alınması ilə bağlıdır. Mətbuat xidmətinin bildirdiyinə görə, məhkəmə müraciətlərin geri qaytarılmasını bu növ şikayətlərin verilməsinin Cinayət-Prosessual Məcəllə ilə tənzimlənməməsi ilə əsaslandırıb....
Siyasət

Müşfiq Cabbar üçüncü ildir doğum gününü həbsxanada keçirir

22 Sentyabr 2026

şəxsi arxiv

Sentyabrın 22-si "Toplum TV"nin həbsdə olan redaktoru Müşfiq Cabbarın 40-cı doğum günüdür.  M.Cabbar ardıcıl üçüncü ildir ki, doğum gününü həbsxanada keçirir. O, 2024-cü il martın 6-da "Toplum TV işi" üzrə həbs olunub. Bu il iyulun 27-də iş üzrə oxunan hökmə əsasən, M.Cabbar 13 il müddətinə azadlıqdan məhrum edilib.  Digər təqsirləndirilən şəxslər kimi M.Cabbar da qaçaqmalçılıq daxil olmaqla maliyyə cinayətlərində təqsirli bilinib. Lakin o, bütün ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  "Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə...

Seçilmiş Videolar

Toplum TV loqo