sosial media
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.
Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli sürülən ittihamlar üzrə cinayət tərkibi mövcud deyil. Lakin məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
N.Kərimli həmçinin K.İsayevin talış dilinin və milli-mədəni irsinin qorunması istiqamətində fəaliyyətindən danışıb. O xatırladıb ki, Azərbaycan Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını ratifikasiya edib və həmin Konvensiya milli azlıqların dil və mədəni kimliyinin qorunmasını nəzərdə tutur. Vəkil əlavə edib ki, K.İsayevin talış dilinin qorunması ilə bağlı fəaliyyəti cinayət əməli kimi qiymətləndirilə bilməz.
K.İsayev də son sözündə ittihamları rədd edib.
"Qarabağ azad olunanda Azərbaycan xalqını təbrik edən videolar paylaşmışam. Həmin videoların bir neçəsini də burada nümayiş etdirdiniz. Ölkə xaricində Azərbaycanla bağlı tədbirlərdə iştirak etmişəm, maliyyə dəstəyi də göstərmişəm. İndi mən talış xalqının problemləri haqda da açıq danışıramsa, separatçı oluram? Heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmamışam. Bəzi çıxışlarımda sadəcə olaraq talışları təhqir edənlərə cavab vermişəm. İstintaq orqanı və dövlət ittihamçısı da özlərinə sərf edən hissələri konteksdən çıxarıb ittiham aktı hazırlayıblar", - o bildirib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 9 il yarım həbs cəzası verilməsini istəyib. Məhkəmə isə 8 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə təqsirli bilinib.
Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
sosial media
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"