Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
sosial media
Kəlbəcərdə tikinti işləri aparmış şirkət işçiləri əmək müqaviləsi olmadan işlətdiyinə görə 20 min manat cərimələnib.
"Abzas Media"nın xəbərinə görə, adı açıqlanmayan şirkət sentyabrın 4-də Qaradağ Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxslərin işə cəlb edilməsi) ilə təqsirli bilinib.
Məlumata görə, işçilər Kəlbəcərin Zar kəndində evlərin dam örtüyünün vurulması işinə cəlb edilib. Şirkət onlarla işə başlamazdan əvvəl əmək müqaviləsi bağlamayıb və bu barədə məlumat elektron sistemə daxil edilməyib.
İşçilərdən biri ərizəsində qeyd edib ki, ilk iş günündə elektrik mişarı onun sol biləyini kəsib. O, xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. İşçinin sözlərinə görə, yalnız bu hadisədən sonra onunla əmək müqaviləsi bağlanıb.
Şirkətin icraçı direktoru isə cavabında işçiləri şəxsən tanımadığını, onları işə başqa şəxsin cəlb etdiyini və hadisə zamanı ərazidə olmadığını iddia edib. O, məsuliyyətin tikintiyə baxan digər şirkətin üzərinə düşdüyünü bildirib.
Məhkəmə isə direktorun arqumentini qəbul etməyib və şirkəti işçiləri əmək müqaviləsi olmadan işlətməyə görə cərimələyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar