Əliyev qəzaya uğrayan təyyarənin həlak olan ekipaj heyətinin ailə üzvləri və bələdçilərlə görüşüb
Azərtac
Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları”-na məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan yalnız 29 nəfər sağ qalıb. Həlak olan iki pilot və bələdçiyə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Azərbaycan tərəf təyyarəyə kənardan fiziki və texniki müdaxilə edildiyini, onun vurulduğunu bildirir. Hazırda qəza ilə bağlı araşdırma aparılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
OC-MEDİA
pressklub.az
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.