Siyasət

Vəkil: “2025-ci ilin ilk 6 günündə cəzaçəkmə müəssisələrində 2 ölüm hadisəsi qeydə alınıb”

6 Yanvar, 2025
25

Toplum TV

2025-ci ilin ilk altı günündə cəzaçəkmə müəssisəsində iki ölüm hadisəsi qeydə alınıb. Bu haqda vəkil Zibeydə Sadıqova Facebook səhifəsində yazır. 

O, Fikrət İsmayılov adlı məhbusun bu il yanvarın 4-də, Sabir Əliyevinsə bu gün - yanvarın 6-da vəfat etdiyini açıqlayır.

“Hər iki şəxsin xəstəlikdən öldüyü qeyd edilib”, vəkil bildirir.

Z.Sadıqova daha sonra yazır: “Məhkumun səhhətinə cavabdeh Tibb Baş İdarəsidir. Lakin bu idarə necə işləyir?” 

Vəkil Tibb Baş İdarəsinin fəaliyyətinə aydınlıq gətirmək üçün bir nümunə gətirir, o, müdafiə etdiyi şəxsin güllə yarası aldığını (onun adını və hansı şəraitdə yaralandığını açıqlamır), amma təcridxanada müalicəsinin mümkün olmadığını bildirir.  

“Mənim müdafiə etdiyim şəxs güllə yarası alıb və Bakı İstintaq Təcridxanasında saxlanılır. Adam oturaq sinirin ağır zədələnməsindən əziyyət çəkir və sol ayağı tamamilə hərəkətsizdir.

Tibb Baş İdarəsi deyir ki, müalicə edə bilmirlər. Çünki şəxs iynə ENMQ müayinəsindən keçməlidir. Bu aparat da Ədliyyə Nazirliyində yoxdur. Gərək şəxsin ailəsi onu müayinə etdirsin və nəticəsini Tibb Baş İdarəsinə versin. Onlar da müalicə eləsinlər. Adam da 3 aydır əziyyət çəkir”, vəkil yazır.

Nə Tibb Baş İdarəsi, nə də Penitensiar Xidmət vəkilin sosial mediada yazdıqlarına münasibət bildirib.

İndiyədək daha çox həbsdə olan ictimai fəallar cəzaçəkmə müəssisələrində keyfiyyətli müayinə və müalicənin mümkün olmaması haqda danışıblar, rəsmi qurumlarsa bu cür xəbərləri ya şərh etməyiblər ya da təkzib ediblər.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstan 25 əcnəbini “nümayişlərdə iştiraka görə” ölkədən çıxarıb

7 Yanvar 2025

OC-MEDİA

Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib (OC Media).  Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb. Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb.  İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də "müxtəlif inzibati cərimələrə" məruz qalan 25...
Siyasət

Keçmiş icra başçısının qohumlarının torpaq sahələri satışa çıxarılıb

7 Yanvar 2025

pressklub.az

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, indi Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun həyat yoldaşının, qardaşının və bacısının adına olan torpaq sahələri satışa çıxarılıb. Bu barədə onun oğlu Elturan Rüstəmli Facebook hesabında yazıb. "Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə...

Seçilmiş Videolar

Toplum TV loqo