Sosial media
Daxili İşlər Nazirliyinin bir aydan çoxdur həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyduğu bildirilir.
Bu haqda Rüfət Səfərovun Facebook səhifəsində paylaşım edilib.
Məlumatda deyilir ki, Tahirə Tahirqızı hər 6 aydan bir parkinson xəstəsi olan həyat yoldaşı Eldar Sabiroğlunu İstanbula apararaq həkim müayinəsindən keçirir.
“Son bir həftədir ki, Eldar bəyin vəziyyəti kəskin şəkildə pisləşib və onun yenidən Türkiyəyə aparılması üçün biletlər alınıb. Lakin bu gün məlum olub ki, Tahirə xanımın ölkədən çıxışına qadağa qoyulub”, - sosial mediadakı paylaşımda qeyd olunur.
T.Tahirqızı Amerikanın Səsinə deyib ki, DİN-in onun ölkədən çıxışına qadağa qoyması ədalətli qərar deyil və qanunvericiliyə əsaslanmır.
“Bu qərar humanistlik baxımından da düzgün deyil. Oğlumu uydurma ittihamla həbs edibsiniz. İndi də onun xəstə atasına əziyyət verirsiniz”, o söyləyib.
Daxili İşlər Nazirliyi hələlik deyilənlərə münasibət bildirməyib.
Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Səfərov ittihamlarla razılaşmır, həbsini hüquq müdafiəçisi kimi göstərdiyi fəaliyyəti, həmçinin, ABŞ Dövlət katibinin “İnsan Hüquqları Müdafiəçisi Mükafatı”na layiq görülməsi ilə izah edir.
Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbusun olduğunu bildirsələr də, Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, fundamental hüquq və azadlıqların təmin edildiyini bəyan edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.