Siyasət

Ermənistanın Azərbaycan mövqelərinə atəş açdığı bildirilir

6 Yanvar, 2025
17

Müdafiə Nazirliyi

Yanvarın 5-də saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstan 25 əcnəbini “nümayişlərdə iştiraka görə” ölkədən çıxarıb

7 Yanvar 2025

OC-MEDİA

Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib (OC Media).  Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb. Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb.  İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də "müxtəlif inzibati cərimələrə" məruz qalan 25...
Siyasət

Keçmiş icra başçısının qohumlarının torpaq sahələri satışa çıxarılıb

7 Yanvar 2025

pressklub.az

Əbülfəz Elçibəy hakimiyyəti dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, indi Rusiyada yaşayan ictimai fəal Saleh Rüstəmovun həyat yoldaşının, qardaşının və bacısının adına olan torpaq sahələri satışa çıxarılıb. Bu barədə onun oğlu Elturan Rüstəmli Facebook hesabında yazıb. "Bir qədər fasilədən sonra, yanvarın 6-da Azərbaycanın dövlət orqanları tərəfindən bizim ailəyə və yaxın qohumlarımıza qarşı müsadirə adı altında yenidən soyğunçuluq həmlələrinə start verilib. Əvvəlcə, atamın adına olan, hal-hazırda yaşadığımız mənzil, əmim Valeh Rüstəmovun yaşadığı babamdan qalma ev və atamın etibarnamə ilə təxminən 10 il əvvəl satdığı mənzil hədəf olub. Həmin mülklərdə yaşayış olduğundan, ciddi cəhdlərə baxmayaraq müsadirənin icrası mümkünsüz olub. İndi isə...

Seçilmiş Videolar

Toplum TV loqo