Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?
Tarif Şurası əhalinin istehlak etdiyi qaz və elektrik enerjisi üçün tarifləri artırıb. Hər kəsi düşündürən əsas məsələ bu artımların əhalinin, xüsusən aztəminatlı qrupların rifahına nə dərəcədə neqativ təsir göstərəcəyidir.
Qaz tariflərində artım
İstehlak səviyyəsinə uyğun olaraq təbii qaz üzrə tariflərin artımı aşağıdakı kimidir:
Rəsmi açıqlamada deyilir ki, qazın qiyməti orta hesabla 8,7% artırılıb. Bu hesablamanın istehlak həcminə görə abonentlərin paylanması əsasında aparıldığı bildirilir. Qeyd olunur ki, bütün abonentlərin 48%-i illik 1200 kubmetrədək, 39%-i 1201-2500 kubmetr intervalında, 13%-i isə 2500 kubmetrdən çox istehlak həcminə malik ev təsərrüfatlarıdır.
Hər dəfə qiymət artımı zamanı oxşar məlumatlar açıqlanır və Tarif Şurasının bu yanaşmasında müəyyən manipulyasiya var. Mövcud abonentlərin müəyyən hissəsi passiv abonentlərdir – onların mənzillərindəki sayğaclarda ya “sıfır istehlak”, ya da il ərzində cəmi 100-200 kubmetrlik istehlak qeydə alınır. Belə abonentlər 2 qrupa ayrılır:
Bu 2 qrupdan əlavə, çoxmərtəbəli binalarda, mərkəzləşdirilmiş istilik təchizatına çıxışı olan abonentlər də aşağı istehlakı olan əhali qrupudur. Təəssüf ki, rəsmi statistika onların da sayını açıqlamır.
Əgər bu statistika açıqlansa və Tarif Şurasının əsaslandırmasında nəzərə alınsa, məlum olacaq ki, 1200 kubmetrdən çox qaz istehlak edən real abonentlərin payı Şuranın göstərdiyi kimi 52% yox, məsələn, 65-70%-dir; həmçinin təbii qazın orta qiymət artımı heç də Şuranın dediyi kimi 8,7% yox, ən azı 12-13%-dir.
Yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyi müntəzəm olaraq əhali-abonentlərin ölkə və hər bir rayon (şəhər) üzrə sayını və illik 200-500 kubmetrə qədər istehlakı olan abonentlərin sayını açıqlasın; əhalinin qazdan istifadəyə görə illik ödənişlərinin həcmi barədə hesabat versin. Bu məlumatlar açıq olsa, qiymət artımlarının əhalinin büdcəsinə real təsirləri barədə daha aydın təsəvvür yaranar.
Rəsmi məlumata görə, hazırda ölkədə əhali-abonentlərin sayı təxminən 2,4 milyondur, onların yarısından bir qədər çoxu (1,250 min nəfər) Bakı, Sumqayıt və Abşeronda yaşayır. Qaz istehlakının (təxminən 4 milyard kubmetr) yarısı Bakı və Abşeron yarımdasındakı ev təsərürrüfatlarının payına düşüb. Hər abonentin aylıq qaz istehlakı paytaxtda 130 kubmetr, regionlarda isə 145 kubmetr təşkil edib. Bölgələrdə əhalinin daha böyük sahəyə malik həyət evlərində yaşamaşı, mərkəzləşdilmiş istikik sisteminin olmaması, eləcə də dağlıq ərazilərdə tempraturun daha aşağı olması qaz istehlakını yüksəldir. Bu baxımdan hökumətin dağlıq və yüksək dağlıq ərazilərdəki, eləcə də həyət evləri və çoxmərtəbəli binalardakı mənzillər üçün fərqli tariflərin tətbiqilə bağlı çoxsaylı təklifləri qulaqardına vurması anlaşılan deyil.
Elektrik tariflərində artım
Elektrik enerjisi tariflərində artımlar aşağdakı kimidir:
Tarif Şurasının rəsmi açıqlamasında qeyd edilir ki, əhali-abonentlərin 65%-i elektrik enerjisini aşağı (aylıq 200 kVt/saat-dək), 15%-i isə yüksək (300 kVt/saatdan çox) səviyyədə istehlak etdiyi üçün orta qiymət artımı 7,8% təşkil edir. Yuxarıda qeyd etdiyimiz məqam - “sıfır istehlak”ı olan abonentlər hesabına aşağı istehlaklı abonentlərin sayının şişirdiməsi məsələsi bu sahəyə də aiddir. Bu faktı nəzərə aldıqda, elektrikin bahalanması üzrə orta göstərici 10%-dən az deyil.
Hazırda ölkədə elektrik abonentlərinin sayı 2,6 milyona yaxındır və bunun tam yarısı (1,3 milyon) Bakı, Sumqayıt və Abşeronun payına düşür.
Qaz tariflərindən fərqli olaraq elektirik enerjisinin bahalaşması daha çox Bakı şəhərindəki ev təsərrüfatlarının xərcini artıracaq.
Məlumat üçünü qeyd edək ki, paytaxtda 1 abonentə düşən aylıq elektrik istehlakı təxminən 250 kVt/saat, regionlar üzrə isə 200 kVt/saat təşkil edir.
İstilik sistemi üzrə tariff 2 dəfə artırılıb
Mərkəzləşdirilmiş istilik sistemlərinin xidmətlərindən istifadə edən abonentlərin xərcləri 2 dəfə artacaq - indiyədək mənzil sahəsinin hər kvadratmetri üçün 0,15 manatlıq tarif tətbiq edilirdi, son bahalaşma qərarı ilə bu mənbəğ 0,3 manata yüksəldilib.
Məsələn, mənzilinin sahəsi 100 kv/metr olan abonentin qış fəslindəki aylıq xərci 15 manat idisə, indi 30 manat ödəməli olacaq.
Kommunal xidmətlərin bahalaşmasının sosial vəziyyətə mümkün təsirləri
Tarif Şurası maksimum səy göstərir ki, son bahalaşmanın təsirlərinin minimum olduğunu sübut eləsin. Məsələn, artımla bağlı rəsmi əsaslandırmaya görə, 65% abonentin aylıq elektrik xərci 0,45 manat, 48% abonentin aylıq qaz xərci isə 32 qəpik artacaq.
Bu hesablamanın hansı baza göstəricilərə əsaslandığı qeyri-müəyyən olduğu üçün nə dərəcədə real olduğunu söyləmək çətindir.
Amma rəsmi statistikaya görə, su və kanalizasiya xidmətləri üçün ödənişlərinin illik məbləği (200 milyon manata yaxın) xaric, əhalinin kommunal xidmətlərlə (qaz və elektrik istehlakı) bağlı xərcləri hazırkı tariflərlə 2 milyard manata yaxındır. Tariflər orta hesabla 10%-ə yaxın yüksəldildiyi üçün son artımlar əhali üçün ildə 200 milyon manata (ayda 17 milyon manat) yaxın vəsait deməkdir.
Ölkədə əhali-abonent sayını sayını nəzərə alsaq, qaz və elektrikin son bahalaşması orta hesabla 1 abonentin aylıq xərcini 6 manata yaxın artıracaq. Əlbəttə, bu tariflərin artımının sosial vəziyyətə birbaşa təsiridir. Amma dolayı təsirlər daha çox olacaq. Mərkəzi Bank 2025-ci ildə 5,5% inflyasiya gözləyir ki, bu, 2024-ci ilin göstəricisindən (4,4%) daha yüksəkdir. Bankın son açıqlamasında da bu artım daha çox tənzimlənən qiymətlərin artımı ilə əlaqələndirmişdi. Deməli, elektrik və qazın bahalanması əlavə olaraq 1,2-1,5% intervalında əlavə qiymət artımı yarada bilər. Əhalinin illik istehlak xərclərinin 80 milyard manata yaxın olduğunu nəzərə alsaq, tariflərin bahalanmasından yaranan izafi inflyasiya bütün əhali üçün ən azı 800-850 milyon manata yaxın, bir ev təsərrüfatı üçün isə ayda orta hesabla 22-25 manat əlavə xərc deməkdir.
Minimum pensiya və maaşları 40-45 manat artıran kimi dərhal bu artımları da “kommunal inflyasiya”nın yeminə çevirən qərar verdilər. Hələ bunun qida və dərmanlarının da bahalaşmasını nəzərə alanda, gələn il aşağı gəlir qrupları üçün sosial baxımdan daha çətin olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
açıq mənbədən götürülüb
Abad ictimai ərazilərin səviyyəsinə görə Bakı MDB-nin ən pis şəhərlərindən biridir
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?