İqtisadiyyat

Azərbaycan 2024-cü ildə qeyri-neft ixracını artıra bilməyib, kənd təsərrüfatı cəmi 1% böyüyüb

24 Yanvar, 2025
204

sosial media

Ən maraqlı məqam odur ki, aqrar sektordakı bu durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilərdə 100 minlərlə hektar torpağın istifadə dövriyyəsinə cəlb edildiyi bir dövrdə baş verir.

Dövlət Gömrük Komitəsi 2024-cü ildə ölkənin xarici ticarətinə dair ilkin məlumatları açıqlayıb. Hesabatdan aydın olur ki, 2024-cü ildə əvvəlki illə müqayisədə Azərbaycanın idxalı 22 faiz və ya 3,8 milyard dollar artaraq 21 millyard dolları ötüb.

İdxalın kəskin genişlənməsi fonunda ixrac 22 faiz, yaxud 7,3 milyard dollar azalaraq 26,5 milyard dollar təşkil edib. 

Xaricdən mal almanın artması, kənara əmtəə satışının azalması nəticəsində ticarət balansının müsbət saldosu 3 dəfə kiçilərək 16,5 milyard dollardan 5,5 milyard dollara enib. 

İxracın azalması neft-qaz gəlirlərinin kəskin düşüşüylə bağlı olub. Əvvəlki ilə nisəbətən 2024-cü ildə neft-qaz ixracatının dəyəri 7,4 milyard dollar (24%) azalıb.

2024-cü ildə dövlət sektorunun idxalı 2,1 dəfə yüksələrək 2,9 milyard dollardan 6,3 milyard dollara çatıb. Əgər 2023-cü ildə ölkənin bütün idxalının cəmi 16,7%-i dövlət qurumlarının payına düşmüşdüsə, ötən il həmin göstərici 30%-ə yüksəlib.

Dövlət qurumlarının idxaldakı payını çıxanda məlum olur ki, qeyri-dövlət sektorunda idxal 2,4% və ya 350 milyon dollar artıb. 

Yerli mənşəli qeyri-neft mallarının ixracı azalıb

Statistikadan aydın olur ki, Azərbaycan 2024-cü ildə qeyri-neft ixracını genişləndirə bilməyib və ölkədən satılan qeyri-neft məhsullarının dəyəri 3,4 milyard dollar olub. Bu isə təxminən elə 2023-cü ilin göstəricisi qədərdir. Amma  sırf Azərbaycan mənşəli qeyri-neft mallarını götürdükdə, bu məhsulların ixracında 106 milyon dollar və ya 3,4% azalma qeydə alınıb. Qeyri-yerli mənşəli mallar ya təkrar ixrac üçün ölkəyə gətirilən, ya da ixrac edilmiş emal mallarının istehsalında istifadə edilmiş xarici ölkə mənşəli materialların dəyərinin son məhsuldakı payının 45-50% olduğu məhsullardır.

Açıqlanan statistikadan o da məlum olur ki, 2024-cü ildə qeyri-neft ixracatı çərçivəsində Azərbaycandan kənara satılan malların 472,5 milyon dolları məhz xarici mənşəli mallara aiddir. 2023-cü illə müqayisədə “qeyri-neft ixracatı” adı altında satılan xarici mənşəli malların dəyəri 32% və ya 114 milyon dollar artıb. Bu malları nəzərə aldıqda 2024-cü ildə qeyri-neft ixracatının 3,6%, yaxud 106 milyon dollar azaldığı məlum olur.

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında azalma aşağıdakı məhsullar üzrə olub:

- meyvə-tərəvəzlər üzrə ixrac təxminən 8 milyon dollar azalmaqla 708 milyon dollar təşkil edib;

- elektrik enerjisi ixracı 310 milyon dollara yaxın azalmayla 94 milyon dollara enib;

 - etilen polimerləri ixracı 26 milyon dollar azalaraq 129 milyon dollara enib;

-  polipropilen ixracı 203 milyon dollardan 148 milyon dollara enib; 

-  qara metal və mis ixracı 126 milyon dollardan 112 milyon dollara enib.

Pambıq ixracında əhəmiyyətli artım baş verib: pambıq lifi və pambıq ipliyi ixracı 52 milyon dollar artımla ümumilikdə 206 milyon dollara çatıb. 

Azərbaycanın qida idxalından asılılığı artıb

Gömrük statistikasının rəqəmləri 2024-cü ildə bir sıra ərzaq məhsulları üzrə idxalın artdığını göstərir. Ümumilikdə qida idxalı 15% və ya 310 milyon dollar artmaqla 2,5 milyard dollara çatıb. İdxalı artan əsası qida malları aşağıdakılardır:

- ət idxalı 86 milyon dollardan 129,5 milyon dollara yüksəlib;

- kərə yağı idxalı 92,4 milyon dollardan 173,5 milyon dollara çatıb;

-  meyvə-tərəvəz idxalı 53 milyon dollar artımla 282 milyon dollar təşkil edib;

Azərabyacanın qida idxalının sürətlə genişlənməsi son 3-4 ildə ölkədə aqrar sektorda artımın kəskin şəkildə azalması fonunda baş verir. Son 2 ildə ölkədə kənd təsərrüfatı istehsalı təxminən 1% civarında böyüyür. Ən maraqlı məqam odur ki, aqrar sektordakı bu durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilərdə 100 minlərlə hektar torpağın istifadə dövriyyəsinə cəlb edildiyi bir dövrdə baş verir. Belə görünür ki, məhsuldarlığın və istehsalın artımında resurs bolluğuyla müqayisədə idarəetmənin səmərəliliyi, rəqabətin mövcudluğu daha əhəmiyyətli faktorlardır. Siyasi hakimiyyətin çevrəsindəki oliqarxiya kapitalı torpaq və su resurslarına kiçik və orta fermerlərin çıxışının qarşısına aldıqca, oliqarxlar bu resurslara və daha böyük həcmdə maliyyə kapitalına malik olduqca, aqrar sektor böyümə imkanını tamamilə itirir.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır

29 Yanvar 2025

sosial media

2024-cü ilin yekunlarıyla bağlı rəsmi statistik göstəricilər ölkənin aqrar sektorunda durğunluq və geriləmə riski yarandığını göstərir. Kənd təsərrüfatının istənilən ölkənin ərzaq təhlükəsizliyini təmin edən aparıcı sahə olaraq əhəmiyyəti hər kəsə aydındır. Amma Azərbaycan kimi zəif sənayeləşmiş, urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrdə aqrar sektor həm də əmək qabiliyyətli insanların böyük hissəsi üçün qazanc mənbəyidir. Təkcə bir fakta diqqət yetirmək lazımdır ki, 2023-cü ildə ölkə üzrə ümumi daxili məhsulun sənayedə yaranan hissəsinin 92%-i, xidmət sektorunda yaranan hissəsinin 75%-i, tikinitidə yaranan hissəsinin 60%-i  Bakı şəhərində formalaşıb. Bu rəqəmlər ölkənin əyalətlərində yaşayan insanların tək ümidinin kənd təsərrüfatı olduğunu aşkar nümayiş etdirir və bu sektorda...
İqtisadiyyat

Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?

28 Yanvar 2025

sosial media

İşğaldan azad edilmiş ərazilərdə son iki ildə tikilən fərdi mənzillərin həddən artıq baha başa gəlməsi sosial şəbəkələrdə aktiv müzakirə olunur. Bu iddialar reallığa nə dərəcədə uyğundur və mənzillərin baha olmasını sübut edən əsas arqumentlər kimi nələri göstərmək olar?  Əvvəlcə bərpa olunan bir kəndin nümunəsində fərdi evlərin tikinti xərclərinin məbləğinə baxaq. Laçın və Cəbrayılın kəndlərində 1 fərdi mənzilin dəyəri 171-236 min manat arasında dəyişir Dövlət satınalmaları portalından nümunə olaraq seçilmiş bəzi kəndlərin timsalında fərdi evlərin tikintisinə çəkilən xərclərin məbləği aşağıdakı kimidir:  Laçın rayonunun Sus kəndi – 59 mənzilin tikilməsi üçün 2024-cü ilin iyun ayında “Rabitəinşaat” ASC ilə 11,723 milyon manatlıq müqavilə...

Seçilmiş Videolar

Toplum TV loqo