İqtisadiyyat

Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?

28 Yanvar, 2025
1383

sosial media

İşğaldan azad edilmiş ərazilərdə son iki ildə tikilən fərdi mənzillərin həddən artıq baha başa gəlməsi sosial şəbəkələrdə aktiv müzakirə olunur. Bu iddialar reallığa nə dərəcədə uyğundur və mənzillərin baha olmasını sübut edən əsas arqumentlər kimi nələri göstərmək olar? 

Əvvəlcə bərpa olunan bir kəndin nümunəsində fərdi evlərin tikinti xərclərinin məbləğinə baxaq.

Laçın və Cəbrayılın kəndlərində 1 fərdi mənzilin dəyəri 171-236 min manat arasında dəyişir

Dövlət satınalmaları portalından nümunə olaraq seçilmiş bəzi kəndlərin timsalında fərdi evlərin tikintisinə çəkilən xərclərin məbləği aşağıdakı kimidir:

 Laçın rayonunun Sus kəndi – 59 mənzilin tikilməsi üçün 2024-cü ilin iyun ayında “Rabitəinşaat” ASC ilə 11,723 milyon manatlıq müqavilə imzalanıb. Bir mənzil orta hesabla 198,7 min manata başa gəlir. 

  Laçın rayonunun Bəylik kəndi – 91 mənzilin tikilməsi üçün 2024-cü ilin avqustunda “Minera” MMC ilə 21,543 milyon manatlıq müqavilə imzalanıb. Bir mənzil orta hesabla 236,7 min manata başa gəlir.

  Laçın rayonun Zabux kəndi – 223 mənzilin tikintisi üçün 2023-cü ilin avqust ayında 7 fərqli şirkətlə (“Rabitəinşaat” ASC, “Minera” MMC, “Konsept Holding” MMC, “AS-Təmir Tikinti” MMC, “Kür-Araz Şirkəti” MMC, “Tunel-Metro Inşaat” ММC, “GM Construction” MMC) 41,808 milyon manatlıq müqavilə imzalanıb. Bir mənzil orta hesabla 187,5 min mabata başa gəlir.

  Cəbrayıl rayonunun Şükürbəyli kəndi – 635 mənzilin tikilməsi üçün 2024-cü ilin oktyabr ayında 8 fərqli şirkətlə ("Tunel-Metro İnşaat " MMC, “T.T.Ş.-İnşaat” MMC, "AGA-EE İnşaat" MMC, "Hermes-S" MTK, “Kür-Araz Şirkəti” MMC, "ANG" MMC, "Minera" MMC, “Minera” MMC) 108,635 milyon manatlıq müqavilə imzalanıb. Bir mənzil orta hesabla 171,1 min mabata başa gəlir.

Daha əvvəl Zəngilan rayonunun Ağalı kəndində 243 fərdi evin tikintisinə təxminən 60 milyon manat, yəni hər mənzil üçün 245 min manata yaxın vəsait xərclənmişdi.

Qeyd edək ki, bu qiymətlərə yalnız mənzillərin tikilməsi xərcləri daxildir. Kəndlərin infrastrukturunun qurulması üçün büdcədən ayrıca vəsait ayrılır. Məsələn, Laçın rayonunun Sus yaşayış məntəqəsi üçün digər layihələr üzrə büdcədən ümumilikdə 15,7 milyon manat əlavə vəsait ayrılıb. Həmin layihələr üzrə xərclərin məbləği aşağıdakı kimi olub:

  132 yerlik məktəb binasının tikintisi üçün 2,7 milyon manat;

  50 yerlik uşaq bağçasının tikintisi üçün 1,517 milyon manat;

  yaşayış məntəqəsinin daxilinə rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi üçün 292,1 min manat;

  ərazidə ticarət binasının tikintisi üçün 319,3 min manat;

  market binasının tikintisi üçün 325,4 min manat; 

  yaşayış məntəqəsində su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi üçün 698,1 manat;

  kəndin elektrik təchizatı üçün 1,426 milyon manat; 

  evlərin və sosial obyektlərin alternativ enerji mənbələrilə (günəş panelləri) təchiz edilməsi üçün 687,7 min manat;

  kəndin yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri üçün 7,410 milyon manat;

  kəndin qaz təchizatı üçün 352,2 min manat.

Bir məqamı xüsusilə qeyd edtmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə mənzillərin tikintisilə bağlı satınalma elanları əksər hallarda qanunvericiliyin tələblərini tam əks etdirmir. Məsələn, “Dövlət satınalmaları haqqında” Qanunun tələbinə görə, elanlarda  satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri göstərilməlidir. Yəni bu halda təkcə mənzillərin sayı yox, həm də otaqların sayına görə mənzillərin sayı  göstərilməlidir. Təəssüf ki, yuxarıda qeyd olunan kəndlərlə bağlı nə satınalma elanlarında, nə də bağlanmış müqavilələrə dair portalda açıqlanmış məlumatlarda  mənzillərin otaqlarının sayı barədə informasiya yoxdur. Halbuki, məsələn, hökumətin müxtəlif bölgələrdə əlillər və şəhid ailələri üçün tikdiyi mənzillərə münasibətdə bu tələb yerinə yetirılir. Nümunə olalaraq Salyan, Neftçala, Saatlı və Şamaxı rayonlarında son 2 ildə tikilən və ya tikilməkdə olan bu tip mənzillərlə bağlı tender elanlarını göstərmək olar.    

Başqa ərazilərdə tikilən evlər daha ucuzdur

Əslində, şəxsi vəsait hesabına tikilmiş fərdi evlərə sərf olunan vəsaitlə büdcə pullarıyla tikilmiş evlərin xərclərinin müqayisəsi işğaldan azad edilmiş ərazilərdə mənzillərin real dəyərini ortaya çıxarmaq baxımından daha obyektiv yanaşma ola bilər. Amma onlar arasında bir fərqi nəzərə almaq lazımdır: özlərinə ev tikən ayrı-ayrı şəxslərdən fərqli olaraq büdcə pullarıyla mənzil tikən şirkətlər rəsmi müqavilələrlə işçi çalışdırığı üçün vergi və sosial ödəmələr həyata keçirir, planlaşdırılan dəyərin üzərinə öz mənfəəitini və büdcəyə ödəyəcəyi mənfəət vergisinin məbləğini də əlavə edir. Amma mütəxəssilər hesab edir ki, bunlar şəxsi tikintilərlə müqayisədə tikinti şirkətlərinin xərclərini maksimum 35-40% artıra bilər. Halbuki işğaldan azad edilmiş ərazilərdə tikilən fərdi mənzillərin dəyərinin real xərclərdən 2-2,2 dəfə yüksək olduğu görünür.

Çox uzağa getmədən hökumətin özünün başqa ərazilərdə əlillər və şəhid ailələri, eləcə də təbii fəlakət nəticəsində mənzilini itirmiş şəxslər üçün tikdiyi mənzillərin dəyəri də Qarabağ və Şərqi Zəngəzur bölgəsində tikilən evlərdən çox ucuz başa gəldiiyini göstərir. Məsələn, Sosial Xidmətlər Agentliyi 2025-ci ilin yanvar ayında Salyan, Neftçala və Saatlı rayonlarının ərazisində əlillər və şəhid ailələri üçün  143 fərdi mənzilin tikintisilə bağlı tender elan edib. Bu elanlar üzrə ehtimal olunan tikinti dəyəri təxminən 15 milyon manat və ya bir mənzil üçün 105 min manatdır. Qeyd olunan 143 mənzildən 116 ədədi 3 otaqlı, 27 ədədi 2 otaqlı mənzillərdir. 

Yaxud Fövqəladə Hallar Nazirliyinin 2024-cü ilin iyul-dekabr aylarında tikdiyi 4 ədəd 3 otaqlı fərdi mənzilin inşasına 347,8 min manat xərclənib ki, bu da 1 mənzilin qiymətinin orta hesabla 87 min manat olduğunu göstərir.  

İddia edilə bilər ki, bəlkə Qarabağ və Şərqi Zəngəzur bölgəsində tikilən evlərin otaqlarının sayı daha çoxdur. Tender elanlarında bu barədə məlumatlar gizlədilsə də, bəzi kəndlərin açılışıyla bağlı rəsmi tədbirlərə dair yayılan informasiyalarda həmin rəqəmlərə rast gəlmək olur. Məsələn, ölkə prezidentinin saytında ötən il Laçın rayonunun Sus kəndinə əhalinin köçürülməsinə dair açılış tədbirində qeyd edilib ki, kənd ərazidində tikilən  59 fərdi mənzilin 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı və 4-ü beşotaqlı mənzillərdir.

Göründüyü kimi, istifadəyə verilmiş bütün mənzillərin cəmi 30%-i çoxotaqlı (4 və 5 otaq) mənzillər olub. Mütəxəssislər hesab edir ki, otaqların sayından asılı olaraq mənzillərin dəyəri 15-20% fərqlənə bilir. Məsələn, 3 otaqlı məzil 100 min manata başa gəlirsə, 5 otaqlı mənzilin xərci maksimum 135-140 min manat, 2 otaqlı mənzilin xərci isə 80 min manat ola bilər.

"Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır

29 Yanvar 2025

sosial media

2024-cü ilin yekunlarıyla bağlı rəsmi statistik göstəricilər ölkənin aqrar sektorunda durğunluq və geriləmə riski yarandığını göstərir. Kənd təsərrüfatının istənilən ölkənin ərzaq təhlükəsizliyini təmin edən aparıcı sahə olaraq əhəmiyyəti hər kəsə aydındır. Amma Azərbaycan kimi zəif sənayeləşmiş, urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrdə aqrar sektor həm də əmək qabiliyyətli insanların böyük hissəsi üçün qazanc mənbəyidir. Təkcə bir fakta diqqət yetirmək lazımdır ki, 2023-cü ildə ölkə üzrə ümumi daxili məhsulun sənayedə yaranan hissəsinin 92%-i, xidmət sektorunda yaranan hissəsinin 75%-i, tikinitidə yaranan hissəsinin 60%-i  Bakı şəhərində formalaşıb. Bu rəqəmlər ölkənin əyalətlərində yaşayan insanların tək ümidinin kənd təsərrüfatı olduğunu aşkar nümayiş etdirir və bu sektorda...
İqtisadiyyat

Azərbaycan 2024-cü ildə qeyri-neft ixracını artıra bilməyib, kənd təsərrüfatı cəmi 1% böyüyüb

24 Yanvar 2025

sosial media

Ən maraqlı məqam odur ki, aqrar sektordakı bu durğunluq və geriləmə işğaldan azad edilmiş ərazilərdə 100 minlərlə hektar torpağın istifadə dövriyyəsinə cəlb edildiyi bir dövrdə baş verir. Dövlət Gömrük Komitəsi 2024-cü ildə ölkənin xarici ticarətinə dair ilkin məlumatları açıqlayıb. Hesabatdan aydın olur ki, 2024-cü ildə əvvəlki illə müqayisədə Azərbaycanın idxalı 22 faiz və ya 3,8 milyard dollar artaraq 21 millyard dolları ötüb. İdxalın kəskin genişlənməsi fonunda ixrac 22 faiz, yaxud 7,3 milyard dollar azalaraq 26,5 milyard dollar təşkil edib.  Xaricdən mal almanın artması, kənara əmtəə satışının azalması nəticəsində ticarət balansının müsbət saldosu 3 dəfə kiçilərək 16,5 milyard dollardan 5,5 milyard...

Seçilmiş Videolar

Toplum TV loqo