Manşet

Dörd nəfərin ölümünə görə 9 il həbs tələb olundu

6 Mart, 2022
2774

arqument.az

Növbəti prosesdə vəkillər çıxış edəcək

Masazır qəsəbəsindəki “Qurtuluş 93” yaşayış kompleksinin satış müdiri, 2021-ci ilin yayında Novxanı bağlar massivində “Range Rover” markalı avtomobillə 4 nəfərin öldüyü qəzanı törətməkdə ittiham olunan Elşad Kəlbəliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb. 

Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Martın 15-də keçiriləcək növbəti məhkəmə iclasında onun vəkilləri çıxış edəcək, daha sonra özü son sözünü deyəcək, ardınca isə məhkəmənin hökmü elan ediləcək.

Hadisə14 iyun 2021-ci ildə gecə saat 01 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib. 

Onun idarə etdiyi “Range Rover” markalı, “10 CO 002” dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas”la toqquşub. 

Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.

Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur.

Elşad Kəlbəliyev deyir ki, hadisə günü Novxanı qəsəbəsində avtomobillə hərəkət edəndə qəfildən yola piyada çıxıb. Onu vurmamaq üçün maşını sola çəkəndə hadisə baş verib: “Novxanı ərazisində döngədə yol kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olub, həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki solda maşınla toqquşdum…”

Hadisə zamanı həlak olanlar həmin avtomobildəki şəxslər olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı özü də xəsarət alıb: “15 gün özümdə olmamışam”.

Elşad Kəlbəliyev əlavə edib ki, hadisə zamanı sərxoş olması haqda iddialar da yalandır: “Mən ümumiyyətlə, içki qəbul etmirəm”.

Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi bildirildi.

Elşad Kəlbəliyev Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur. 

O həmçinin 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.(Meydan TV)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

İki yeniyetmə erməninin azaraq Azərbaycan tərəfə keçdiyi bildirilir 

6 İyun 2025

Foto: Armenpress

İki yeniyetmə Ermənistan vətəndaşının azaraq Azərbaycan tərəfinə keçdiyi bildirilir.  Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.  “Əldə edilən məlumata görə, Ermənistan Respublikasının Sünik vilayətinin Teğ icmasının sakinləri Karen Armen Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armen Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-da saat təxminən 01:20 radələrində ərazi relyefində azaraq Azərbaycanın ərazisinə, Sünik vilayətinin Aravus kəndi ilə həmsərhəd sahəyə düşüblər”, - bəyanatda qeyd olunub.  Əlavə olaraq bildirilir ki, vətəndaşların yerinin müəyyənləşdirilməsi və onların təhlükəsiz şəkildə geri qaytarılması üçün “bütün zəruri tədbirlər görülür”. Azərbaycan tərəfi məsələ ilə əlaqədar hələ ki açıqlama verməyib.
Manşet

Yazmaq və susmaq arasında - Fariz Namazlının yazısı

29 May 2025

Foto: Fariz Namazl/sosial media

Bəzən insanlar başqalarının yazdıqlarını oxumaz, yaxud görməzdən gələrlər, çünki öz dünyalarında, həyatlarında baş verənlər o qədər çətin və ağırdır ki, başqalarının yazı və hekayələrinə yer qalmır. Amma bu yalnız fərdi bir seçim deyil.  Bu, çox vaxt bir rejimin, bir idarəetmənin, bəzən də cəmiyyətin təsiri ilə əlaqədar olur. İnsanlar öz həyatlarını, sözlərini, hərəkətlərini qorumağa çalışarkən, başqalarının yazılarını oxumaq və ya onların məruz qaldığı faciələrə etiraz etmək artıq yükə çevrilir.  Bu, sadəcə şəxsi bir məsələ deyil, cəmiyyətin strukturu və onun təzyiqləri ilə sıx əlaqəyə malikdir. Rejimin təzyiqləri və qorxular insanları o qədər sıxışdırır ki, artıq başqalarının düşüncələrini, hisslərini anlamağa belə gücləri qalmır....

Seçilmiş Videolar

Toplum TV loqo