Foto: Armenpress
İki yeniyetmə Ermənistan vətəndaşının azaraq Azərbaycan tərəfinə keçdiyi bildirilir.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Əldə edilən məlumata görə, Ermənistan Respublikasının Sünik vilayətinin Teğ icmasının sakinləri Karen Armen Cangiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armen Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-da saat təxminən 01:20 radələrində ərazi relyefində azaraq Azərbaycanın ərazisinə, Sünik vilayətinin Aravus kəndi ilə həmsərhəd sahəyə düşüblər”, - bəyanatda qeyd olunub.
Əlavə olaraq bildirilir ki, vətəndaşların yerinin müəyyənləşdirilməsi və onların təhlükəsiz şəkildə geri qaytarılması üçün “bütün zəruri tədbirlər görülür”.
Azərbaycan tərəfi məsələ ilə əlaqədar hələ ki açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Abzas Media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?