Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun, 2022
3725

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb.

Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi. 

Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin Fazil Alıyevi MTN işçisi kimi hədələyərək evi əlindən aldığı bildirilir.

Bu iş məhkəmələrdə mübahisələndirilib. Ancaq Bahadır Qocayev məhkəmələri uduzub. Ötən il isə qarşı tərəfin şikayəti əsasında həbs edilib.

Bugünkü məhkəmədə hakim hökmü elan etməmişdən əvvəl müdafiə tərəfi çıxış edərək Bahadır Qocayevə verilmiş ittihamların sübuta yetirilmədiyini deyib və bəraət verilməsini xahiş edib. O, bildirib ki, Bahadır Qocayevə bu ittihamlar telefon danışıqlarına əsaslanaraq verilib. Sonra hakim müttəhimə son söz deməyi təklif edib.

Müttəhim haqqında söylənilənlərin yalan olduğunu bildirib: “Mən heç vaxt pulgir olmamışam. O qədər kasıb olmuşam ki, hətta nişan üzüyümü də dolanışığa görə satmışam. Əynimdəki şalvardan başqa heç nəyim yoxdur. Yaşadığım mənzili də qayınatam alıb. İki saat evimdə axtarış apardılar, heç nə tapmadılar. Görmüşük ki, evdən axtarış zamanı qızıl nəsə tapılar. Heç nişan üzüyünü də tapmadılar. Çünki dolanışığa görə satıb, pulunu yemişdik. Məni bədbəxt eləməyin”.

“9 aydır ki, həbsdəyəm. Kimsə mənimlə prinsip aparırsa, əl çəksin. Bu artıq düşmənçilikdir... Məni o evdən əl çəkim deyə tutdurdular. İstəmirəm o evi, tövbə etdim, bir də istəməyəcəm, lazım deyil, gedib Biləsuvardakı ata evimdə oturaram, məni burdan buraxın”, - deyə o bildirib.

Hakim qısa müşavirədən qayıtdıqdan sonra Bahadır Qocayevlə bağlı hökmü elan edib.

O, 5 il 6 ay azadlıdan məhrum edilib.

Bahadır Qocayev cəzanın müddətini eşitdikdən sonra vəziyyəti pisləşib. O, məhkəmə zalını tərk edən hakim heyətinin arxasınca qışqıraraq bunları deyib: “Mən burdan evimə getməliydim. Neyləmidim ki, həyatımı məhv etdiniz”.

Konvoylar Bahadır Qocayevin qoluna girərək onu zaldan çıxarıblar.

Bahadır Qocayev MTN polkovniki olub. Qurumun Qusar, Kürdəmir rayon şöbələrinin rəisi işləyib. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb.

O, 2016-cı ildə Lənkəran Dövlət Universitetinin ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Leyli Cəfərova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan gündəliyi - Yalçın İmanov yazır

8 Aprel 2025

Yalçın İmanov/şəxsi arxiv

Kitablarımı sahmana salırdım, təsadüfən Etibar Məmmədovun rəngi solmuş “Lefortovo gündəliyi” qarşıma çıxdı. Yeri gəlmişkən, kitabların sahmana salınması böhran illərinin ritualıdır, orda axmaq zamanı yola vermək istəyi, əlaməti gizlənir, amma indi söhbətin mövzusu bu deyil. İstədim Məmmədovun kitabçasını da atım getsin, sanki nəsə saxladı məni. Bir müddət əvvəl Sabir Rüstəmxanlının “Ömür” kitabını kitabxanamdan, mənzilimdən çıxarmışdım. Elə bil nəsə xoşagəlməz bir şeyi həyatımdan qovub çıxarırdım. Fərdi lüstrasiya aktı, yaxud ona bənzər bir şey yəni. Nəsə dayandım, “Lefortovo gündəliyi”ni həvəssiz təkrar vərəqlədim. İllər əvvəl oxuduğun kitaba təzədən nəzər salmaq adətən yeni, keçmişdə yatsan da ağlına da gəlməyən maraqlı müşahidələr ortalığa çıxarır. Məmmədovun gündəliyi,...
Manşet

İmtina haqqı - Fariz Namazlının yazısı

5 Aprel 2025

Fariz Namazl/sosial media

İnsan həyatı boyunca sonsuz seçimlər qarşısında qalır. Bəzən bu seçimlər gündəlik, kiçik məsələlərlə bağlı olur, bəzən isə insanın şəxsiyyətini, dəyərlərini və həyat fəlsəfəsini müəyyən edən qərarlar qəbul etməyə məcbur edir. Ən çətin seçimlərdən biri isə haqsızlıq və ədalətsizlik qarşısında susmaq və ya etiraz etmək qərarının qəbul edilməsidir. Bir çox hallarda insanlar rahatlığı seçir, çünki susmaq daha təhlükəsiz, razılaşmaq daha asan görünür. Lakin rahatlıq həmişə azadlıq demək deyil. Bəzən susmaq insanı içindən yeyən, ona ağır bir yük kimi çökən bir zəncirə çevrilir. Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” əsərinin qəhrəmanı Tomaş, həyatın ona təqdim etdiyi "yüngüllüyü" qəbul etmir, haqqı müdafiə etmək, vicdanının...

Seçilmiş Videolar

Toplum TV loqo