Manşet

Ölən neftçinin ailəsi hüquq-mühafizə orqanlarına şikayət edəcək 

23 Avqust, 2021
2419

Açıq mənbələrdən götürülüb

Avqustun 16-da vəfat edən neftçıxarma operatoru Ramazan Əlibəy oğlu Sultaliyevin ailəsi onun infarktdan öldüyünə inanmır. 
 
Hadisə "Azneft" İstehsalat Birliyinin Nərimanov adına NQÇİ-də baş verib. Mərhumun yaxınlarının sözlərinə görə, idarə rəhbərliyi ailə üzvülərinə Ramazan Sultaliyevin iş yerində infarktdan öldüyünü deyib.  
 
Operatorun övladları isə buna şübhə ilə yanaşır. Onlar öz şübhələrini, atalarının bədənində olan qançırlara, kəsintiyə, bu faktları təsdiq edən şəkillərə, bir neçə gün əvvəl ataları ilə olan telefon bağlantısına, idarədən onlara verilən fərqli məlumatlara istinad edirlər.  
 
Atalarının iş yerində hansı səbəbdən öldüyünü dəqiqləşdirmək üçün Ramazan Sultaliyevin övladları hüquq -mühafizə orqanlarına şikayət hazırlayırlar.  
 
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da Meydan TV-yə deyib ki, Ramazan Sultaliyevin ailəsi ölüm faktı ilə bağlı şübhələrin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək. 
 
SOCAR-dan məlumatı araşdıracaqlarını deyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan sabahdan Suriyaya qaz ixracına başlayır

1 Avqust 2025

Foto: president.az

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərə Suriyaya ixracına başlanılacaq. APA-nın məlumatına görə, bu münasibətlə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək. Bu ilin iyul ayında Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib.  Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib. Rəsmi məlumatlara görə, hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir.
Manşet

Prezident QHT-lərə yeni məhdudiyyətlər gətirəcək dəyişiklikliyi təsdiqlədi

31 İyul 2025

Foto: açıq mənbə

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliyi təsdiq edib. Yeni dəyişikliyə görə, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatların aparılması qadağan olunur.  Qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və bununla əlaqədar maliyyə vəsaiti qəbul edilməsi inzibati məsuliyyətə səbəb olacaq.  Azərbaycanda müstəqil QHT-ləri hədəfə alan qanunvericilik 2014-cü ildə qəbul olunub və həmin il bir çox QHT-lərə qarşı cinayət işi açılıb.  Bu cinayət işinə 2023-cü ildə xitam verilsə də, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər...

Seçilmiş Videolar

Toplum TV loqo