Manşet

Əliyevin qızları Bodrumda 500 milyon avroluq otel sərmayəsi qoyub

29 İyul, 2025
161

Foto: Getty Images

Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların Türkiyədə bir otelə 500 milyon avro investisiya yatırdığı bildirilir. 

Türkiyənin “Sözcü” qəzetinin xəbərinə görə, Əliyevaların səhmdarları olduğu “Pasha Holding” şirkəti Bodrum bölgəsində yerləşən beşulduzlu “Mandarin Oriental Bodrum” kurort kompleksinin səhmlərinin 50 %-ni əldə edib. 

Qeyd olunur ki, “ASTAŞ” şirkətinin İdarə Heyətinin sədri Vedat Aşçı ilə “Paşa Holdinq”in baş icraçı direktoru Cəlal Qasımovun ötən il imzaladığı şəriklik müqaviləsilə satınalma həyata keçirilib. 

“Belə uğurlu bir layihənin sərmayəçisi olmaqdan qürur duyuram. Bodrumun dünya “jet-set” məkanları arasında yer almasına ciddi töhfə verdik. “Pasha Holding” ilə qurduğumuz bu gözəl ortaqlığın bizə verdiyi sevinclə yanaşı, ölkəmizə və Bodruma böyük dəyər qatacağına inanıram və bu əməkdaşlığın bütün tərəflərə və turizm sektoruna xeyirli olmasını arzulayıram,” – Aşçı həmin vaxt bildirib.

2014-cü ildə inşa olunan kompleksin 132 villadan ibarət olduğu bildirilir. Onların hər biri 8-15 milyon avro aralığında dəyərləndirilir. 

Xəbər Türkiyə ictimaiyyətində müzakirəyə səbəb olub. 

Türkiyəli jurnalist Cüneyt Özdemir “YouTube” kanalındakı verilişində xəbərə münasibət bildirərək Əliyevin qızlarında 500 milyon avronun “haradan olduğunu” sual edib. 

“Fikir verirsinizsə, heç kim bu mövzuya girmir. Qoy biz də girməyək. Yəqin, Azərbaycanda prezident yaxşı maaş alıb, pul yığıb lüks otelin 50%-nə şərik çıxa bilir. Mən Azərbaycan xalqının bu cür rifah içərisində yaşamasına, məmurlarına dəyər verməsinə sevindim”, - deyə jurnalist ironiya ilə bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Rusiya Şahin Şıxlinski barəsində axtarış elan edib

30 İyul 2025

Foto: açıq mənbə

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.  Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Şıxlinskinin konkret olaraq hansı cinayət maddəsi ilə axtarıldığı məlum deyil.  Şahin Şıxlinski iyulun 1-də Rusiyada oğlu ilə birlikdə saxlanılmışdı. Sonradan Şahin Şıxlinski sərbəst buraxılıb, lakin oğlu Mutvalı Şıxlinski “hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” maddəsi ilə istintaq təcridxanasına göndərilib. Şıxlinskinin dindirilməsindən bir neçə gün əvvəl Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları Azərbaycan mənşəli 50-dən çox şəxsi saxlamışdı, onlardan iki nəfər sonradan ölüb. Azərbaycana əsilli şəxslərin Rusiyada saxlanılması Bakı ilə Moskva arasında münasibətlərin pisləşməsinə səbəb olub. Buna cavab olaraq, Azərbaycan tərəfi də bir neçə Rusiya vətəndaşını saxlayıb —...
Manşet

9 beynəlxalq təşkilat “Abzas”çılara qarşı pis rəftarı pisləyib 

29 İyul 2025

Foto: Abzas Media

9 beynəlxalq media təşkilatı həbsdə olan “Abzas Media” jurnalistlərinə qarşı pis rəftarı pisləyən bəyanat yayıb.  İyulun 29-da yayımlanan birgə bəyanatda təşkilatlar jurnalistlərə qarşı “artmaqda olan pis rəftardan dərin narahatlıq” keçirdiklərini bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.  “Biz tələb edirik ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etsin, dərhal tibbi yardıma və hüquqi yardıma çıxışı mümkün etsin və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etsin”, - deyə qeyd olunub.  Təşkilatlar həbsdə aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlinin “qəbuledilməz şərtlərdə” saxlanıldığını, Umbakı həbsxanasında ona təmiz paltar verilmədiyini, habelə təcridxana işçiləri...

Seçilmiş Videolar

Toplum TV loqo