Manşet

““Abzas”çılara oxunan hökm məhkəmənin jurnalistikanı susdurmaq üçün silaha çevrilməsinin nümunəsidir” 

21 İyun, 2025
62

Foto: Abzas Media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media işi” üzrə həbs olunanlara oxunan hökmləri qınayıb. 

“Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Stradersin adından yayımlanan bəyanatda deyilir ki, bu hökmlər Azərbaycanın “məhkəmə sisteminin müstəqil jurnalistikanı susdurmaq üçün necə silaha çevrildiyinə dair nümunədir” və güclü beynəlxalq reaksiya olmalıdır. 

“Yüksək səviyyəli korrupsiyanı ifşa edən jurnalistlərə qarşı saxta ittihamlar irəli sürməklə Azərbaycan hakimiyyəti ölkədə onları tənqid etməyə cəsarət edən hər kəsə qorxuducu bir mesaj verir. Beynəlxalq ictimaiyyətin güclü reaksiyası bu halın qəbuledilməz olduğunu açıq şəkildə göstərməlidir”, - Straders deyib. 

“Azərbaycanda bu gün müşahidə olunan siyasi repressiyalar heyrətamiz dərəcədə ciddi xarakter alıb, lakin insan hüquqlarının müdafiəsi naminə beynəlxalq ictimaiyyətdən prinsipial və birgə mövqe yoxdur. Bunun tam əksinə olaraq, Avropa İttifaqı kimi əsas beynəlxalq aktorlar qaz müqavilələri uğrunda Prezident İlham Əliyevlə fəal şəkildə əlaqə qurmağa davam edir”, - o əlavə edib. 

Straders bildirir ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinə real təzyiq göstərməli, “Abzas Media”, “Toplum TV”, “Meydan TV” və “Kanal 13”-ün həbs edilmiş əməkdaşlarının, eləcə də ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilmiş bütün hökumət tənqidçilərinin dərhal azad olunmasını tələb etməlidir. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. 

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər.

Jurnalistlər ittihamları qəbul etməyiblər, korrupsiya araşdırmaları və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Qabil Məmmədova istintaq materialları ilə tanış olmağa "şərait yaradılacaq" 

20 İyun 2025

Foto: sosial media

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədova qarşı açılan cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir.  Bu barədə “Qafqazinfo” saytı xəbər yayıb.  Xəbərdə deyilir ki, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradacaq. “Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür”, - xəbərdə qeyd olunub.  Məmmədov Cinayət...
Manşet

Gəncədə 15 yaşlı məktəblinin intihar etdiyi bildirilir 

19 İyun 2025

Foto: qafqazinfo.az

 İyunun 18-də Gəncə şəhərində “Mahsara bağları” adlanan ərazidə 15 yaşlı yeniyetmənin intihar etdiyi barədə xəbər yayılıb.  “Qafqazinfo” bildirilir ki, Ümid Niftəliyev adlı məktəbli usta köməkçisi işlədiyi avtomobil təmiri sexində intihar edib.  Onun, həmçinin, ötən ay ölümü ölkə gündəminə düşən 18 yaşlı Elgün İbrahimovla eyni - 34 saylı orta məktəbdə təhsil aldığı deyilir.  Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparıldığı bildirilir.

Seçilmiş Videolar

Toplum TV loqo