Dünya

Paşinyan Türkiyədə tarixi səfərdədir 

20 İyun, 2025
40

Foto: AP

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbula səfər edib. 

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Paşinyan bu ölkəyə bu səviyyədə səfər edən ilk Ermənistan lideri kimi tarixə düşüb. 

O, daha öncə 2023-cü ildə Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə gəlib. 

Liderlərin iki ölkə sərhədinin açılma perspektivlərini və ümumilikdə ölkələr arasında sülh prosesini müzakirə edəcəkləri gözlənilir. 

1993-cü ildə Kəlbəcərin işğalına cavab olaraq Ermənistanla quru sərhədini bağlayan Türkiyə hələ də sərhədi bağlı saxlayır. 2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsindən sonra Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün elçilər təyin ediblər. 

Üstündən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, münasibətlərin normallaşdırılmasında ciddi addımlar atılmayıb. 

Paşinyan İstanbulda səfər çərçivəsində Türkiyənin erməni icması ilə görüşüb. 

Baş nazirin ofisindən verilən məlumatda deyilir ki, o, səfərinin Türkiyə ilə yeni başlayan dialoq nəticəsində reallığa çevrildiyini bildirib. Paşinyan Ərdoğanla planlaşdırılan görüşün vacibliyini qeyd edib və bu görüşün ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümid etdiyini bildirib. 

“Baş nazirin sözlərinə görə, səfər Ermənistan–Türkiyə dövlətlərarası münasibətlərinə əsaslanır və hazırda gedən proses münasibətlərin qurulması gündəliyidir, bu isə hər iki ölkənin maraqlarından irəli gəlir. Eyni zamanda, Baş nazir Paşinyan Türkiyədəki erməni icmasının dövlətlərarası münasibətlərin qurulması və dialoqun dərinləşdirilməsi prosesindəki rolunu vurğuladı”, - məlumatda qeyd olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

ABŞ tələbə vizasında yeni şərt qoyur: Sosial media hesabları açıq olmalıdır

19 İyun 2025

Foto: açıq mənbə

ABŞ sosial media hesablarına baxmaq şərtilə tələbə vizaları üçün görüşləri bərpa edib  ABŞ tələbə vizaları üçün görüşləri bərpa edib, lakin müraciətçilərdən sosial media hesablarını açıq etmələri tələb olunur.  ABŞ Dövlət Departamenti iyunun 18-də bildirib ki, ötən ay dayandırılan diplomatik nümayəndəliklərdə tələbə vizası üçün görüşlər bərpa olunub. Buna baxmayaraq, viza müraciətçilərindən sosial media hesablarını yoxlanış üçün “hər kəsə açıq” rejiminə keçirmələri tələb olunur. Bu tələbə əməl etməyənlərin müraciətlərinə rədd cavabı verilə bilər.  Bildirilib ki, sosial media hesablarını açıq etməkdən imtina etmək, müraciətçinin tələbdən yayınmağa və ya onlayn fəaliyyətini gizlətməyə çalışdığını göstərə bilər.  Dövlət Departamenti əlavə edib ki, sosial media hesablarının yoxlanışında...
Dünya

Putin Zelenski ilə görüşə hazır olduğunu deyir

19 İyun 2025

Foto: AFP/Getty Images

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib, lakin o, ukraynalı həmkarının legitimliyini sual altına qoyub.  “TASS” informasiya agentliyi bildirir ki, Putin bunu iyunun 19-da Sankt-Peterburqda dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə bildirib.  "Mən hamı ilə, o cümlədən Zelenski ilə də görüşməyə hazıram. Əgər Ukrayna dövləti danışıqlar aparmaq üçün kiməsə etibar edirsə, buyursun, qoy bu Zelenski olsun. Məsələ bunda deyil. Məsələ ondadır ki, sənədləri kim imzalayacaq" – deyə Rusiya lideri qeyd edib.  "Bütün hərbi rəhbərlər, nazirlər, qubernatorlar prezidentlər tərəfindən təyin olunur. Orada 'uyğun gəlir-gəlmir' məsələsi yoxdur. Amma birinci şəxs özü qeyri-legitimdirsə, bütün hakimiyyət sistemi...

Seçilmiş Videolar

Toplum TV loqo