Dünya

ABŞ-da həbsdə olan fələstinli fəal azadlığa buraxılıb 

21 İyun, 2025
107

Foto: AP

ABŞ-da mart ayında həbs olunan fələstinli fəal Mahmud Xəlil iyunun 21-də məhkəmə qərarı ilə azadlığa buraxılıb. 

Federal məhkəmə hakimi qanuni yaşayış icazəsi olan Xəlilin həbsdə saxlanılmasının əsassız olduğunu deyib. O bildirib ki, fəalın məhkəmədən qaçmağa səbəbi yoxdur və o, konkret bir zorakılıqla ittiham olunmur.  

Luiziana ştatında saxlanma məntəqəsini tərk edən Xəlilin yaşadığı Nyu-York şəhərinə gedəcəyi, həyat yoldaşı və yeni doğulmuş övladına qovuşacağı gözlənilir. 

Xəlil jurnalistlərə “ədalətin bərqərar olduğunu, lakin çox uzun çəkdiyini” deyib. O, həmçinin, qeyd edib ki, Prezident Donald Trampın administrasiyası mübarizə aparmaq üçün “səhv adam” seçib. 

“İstər ABŞ vətəndaşı, istər mühacir, istərsə də bu torpaqda sadəcə bir insan olmağınız, sizin daha az insan olduğunuz anlamına gəlmir. Bu administrasiya miqrantları nə qədər başqa cür göstərməyə çalışsa da, ədalət zəfər çalacaq”, - o deyib. 

Hakim qərarında bildirib ki, dövlət Xəlili “xarici siyasətə zərər vurmaq” adı ilə deportasiya edə bilməz. Lakin o, dövlət ittihamçılarına Xəlilin “yaşıl kart” müraciətində yalan informasiya verməsinə dair sübutlar təqdim etmələri üçün vaxt verib. 

Kolumbiya Universitetində magistratura üzrə təhsilini dekabrda tamamlayan və “yaşıl kart”la ABŞ-da yaşamağa davam edən Mahmud Xəlil martın 8-i İmmiqrasiya və Gömrük İcrası (İCE) rəsmiləri tərəfindən həbs olunub.

Donald Tramp sosial şəbəkə hesabında Xəlili “radikal xarici HƏMAS tərəfdarı” adlandırıb və həbslərin davam edəcəyinə söz verib. 

Xəlil Suriyada fələstinli qaçqın ailəsində anadan olub. Onun ata-anası əslən İsrailin Tiberias şəhərindəndir. Xəlilin Kolumbiya Universitetində ictimai idarəçilik üzrə magistratura oxumağa başlaması ABŞ tərəfindən terrorçu qrup olaraq tanınan HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə hücum etməsinə təsadüf edib. İsrailin Qəzza zolağını bombardman etməsilə davam edən müharibə Kolumbiya və başqa universitetlərdə Fələstinə dəstək xarakterli oturaq aksiyalara təkan verib. 

O, ABŞ-da Donald Tramp hakimiyyətə gələndən bəri həbs olunan, vizası ləğv olunan və deportasiya təhlükəsi ilə üzləşən fəallardan yalnız biridir. 
Dövlət katibi Marko Rubio bildirib ki, o, 300-dən çox tələbənin vizasını ləğv edib. O iddia edir ki, Xəlil və başqaları HƏMAS qruplaşmasına dəstək olublar və buna görə də ABŞ-da yaşamağa davam edə bilməzlər.

Məhkəmə isə bundan əvvəl digər fələstinli fəal Mohsen Mahdavi və türkiyəli tələbə Rumeysa Öztürkün azadlığa buraxılmasına qərar verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Xameneinin öldürüldüyü deyilən müşavirinin sağ olduğu ortaya çıxıb

21 İyun 2025

Foto: AP

İran Ali lideri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürüldüyü deyilən müşaviri Əli Şamxaninin sağ olduğu bildirilir.  İranın dövlət mediası iyunun 20-də Şamxaninin Xameneiyə ünvanladığı məktubu yayımlayıb.  “Mən sağam və özümü qurban verməyə hazıram. Qələbə yaxındır. İranın adı həmişəki kimi tarixin ən yüksək qatlarına həkk olunacaq”, - o, məktubda deyir.  ABŞ-la aparılan danışıqlarda da İran nümayəndə heyətinə rəhbərlik edən Şamxaninin iyunun 13-də bir sıra hərbi liderlərlə birlikdə İsrail tərəfindən öldürüldüyü güman edilirdi.  İran mediası isə iyunun 20-də onun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini, lakin hazırda vəziyyətinin stabil olduğunu yazıb.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan...
Dünya

Paşinyan Türkiyədə tarixi səfərdədir 

20 İyun 2025

Foto: AP

Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbula səfər edib.  Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Paşinyan bu ölkəyə bu səviyyədə səfər edən ilk Ermənistan lideri kimi tarixə düşüb.  O, daha öncə 2023-cü ildə Ərdoğanın andiçmə mərasimində iştirak üçün Türkiyəyə gəlib.  Liderlərin iki ölkə sərhədinin açılma perspektivlərini və ümumilikdə ölkələr arasında sülh prosesini müzakirə edəcəkləri gözlənilir.  1993-cü ildə Kəlbəcərin işğalına cavab olaraq Ermənistanla quru sərhədini bağlayan Türkiyə hələ də sərhədi bağlı saxlayır. 2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsindən sonra Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üçün elçilər təyin ediblər.  Üstündən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, münasibətlərin normallaşdırılmasında ciddi...

Seçilmiş Videolar

Toplum TV loqo